Almaniya Polşadakı torpaqlarını GERİ QAYTARMAQ İSTƏYİR
Almaniya Polşa sərhədləri daxilində əvvəllər ona məxsus olan torpaqları geri qaytarmaq istəyir.
KONKRET.az xəbər verir ki, bu sözləri çərşənbə günü, avqustun 17-də Polşa Milli Bankının sədri Adam Qlapinski "Gazeta Polska"ya müsahibəsində deyib.
Onun fikrincə, hətta ölkənin özündə xaos riski belə AFR-nin planlarına mane olmayacaq.
Qlapinski əlavə edib ki, Almaniyanın əvvəlcə Şərqi Almaniyadakı, yəni Sovet İttifaqının nəzarətində olan Almaniya Demokratik Respublikasındakı torpaqları qaytarmaq planı var idi və o, bunu uğurla həyata keçirdi. İndi Milli Bank rəhbərinin sözlərinə görə, Berlin İkinci Dünya Müharibəsindən sonra Polşaya keçmiş torpaqları qaytarmağı planlaşdırır.
"Söhbət hazırda Polşa sərhədləri daxilində olan torpaqların bu və ya digər formada qaytarılmasından gedir", – deyə o vurğulayıb.
Milli Bankın rəhbəri həmçinin hesab edir ki, Berlin Almaniya ilə Rusiya arasındakı ərazini "tabe etmək" niyyətindədir.
Qlapinskinin sözlərinə görə, belə bir ssenari Böyük Britaniyanın Avropa İttifaqından çıxmasından sonra mümkün olub.
Qeyd edək ki, avqustun 16-da Polşanın Baş naziri Mateuş Moravetski Almaniya və Fransanın Avropa İttifaqını oliqarxiya üslubunda idarə etdiyini bildirib.
Xuraman Etibarlı,
KONKRET.az
Neft ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşıb. xəbər verir ki, dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti azalıb. Belə ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,18 ABŞ dolları azalaraq 66,51 AB
Neft bahalaşdı
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı neft bahalaşıb. xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,02 ABŞ dolları və ya 0,03% artaraq 67,69 ABŞ dollarına bərabər olub. Qeyd edək ki, ötə
Əczaçılıq məhsullarının idxalına çəkilən xərc azalıb
Azərbaycan 424,755 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib. xəbər verir ki, göstərici 2025-ci ilin yanvar-oktyabr aylarına məxsusdur. Dövlət Gömrük Komitəsinə istinadən verilən xəbərə görə, bu, 2024-c
"Meta" Azərbaycanda vergi qeydiyyatına alınır
"Meta" Azərbaycanda vergi qeydiyyatından keçir". xəbər verir ki, bu barədə texnobloqer Fərid Pərdəşünas paylaşım edib. O bildirib ki, artıq reklamverənlər reklam hesablarında VÖEN-lərini göstərərək hazırd
Bu şəxslərin pensiyası yenidən artacaq
"2026-cı ildə pensiyaların əlavə olaraq artırılması pensiya yaşına çatdıqdan sonra əmək fəaliyyətini davam etdirən və bu il iş stajının altı ili tamam olan vətəndaşlara şamil ediləcək". Bunu Milli Məclisin İqtisad
Toyuq əti istehsalında kəskin artım - Necə olacaq?
Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının məlumatı: . Azərbaycan quş qripindən azad ölkə statusunda: Quşçuluq sektoru bundan nə qazanır?. Son illərdə Azərbaycanın qeyri-neft sektorunda davaml