Almaniya qışda Rusiya qazından imtina edə bilər
Almaniya 210 TVt/saat elektrik enerjisinə qənaət edə biləcəyi təqdirdə qışda Rusiyadan qaz idxalından imtina edə bilər.
Bu barədə ABŞ-ın "Notr-Dam" universitetindən olan alman iqtisadçısı Ryudiqer Baxmanın, həmçinin Bonn Univesitenin və Münxenin "IFO" Universitetinin mütəxəssislərinin apardığı tədqiqatda deyilir.
Ekspertlər belə bir nəticəyə gəliblər ki, Almaniya məqsədinə çatmaq üçün qazla işləyən elektrik stansiyaları vasitəsilə daha az elektrik enerjisi istehsal etməli, məişət və sənaye səviyyəsində istehlakı azaldmalıdır.
Almaniya "Şimal axını" boru kəməri vasitəsilə Rusiyadan qaz almaqla bağlı çətinliklər yaşayır. İyun ayının ortalarından bu maqistral öz maksimal gücünün yalnız 40 %-i həddində (sutkalıq 67 milyon kubmetr) işləyir. Buna səbəb kimi Kanadanın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalarından dolayı qaz turbinlərinin təmirdən gec qaytarılması göstərilir. İyulun sonunda magistral vasitəsilə qaz nəqli 20 %-ə kimi azalıb.
Bu şəxslərin pensiyası ARTIRILDI
1300-dən çox işləyən pensiyaçının pensiyası 6 il işlədikdən sonra proaktiv qaydada yenidən hesablanaraq artırılıb. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, yaşa gör
Qızılın qiyməti BAHALAŞDI
"Comex" birjasında qızılın qiymətində artım qeydə alınıb. Oktyabr ayında çatdırılması nəzərdə tutulan qızıl fyuçerslərinin dəyəri mayın 14-dən sonra ilk dəfə bir trua unsiyası üçün 4 700 dollar həddini keçib. xəbə
Dolların sabaha olan məzənnəsi - AÇIQLANDI
Azərbaycan Mərkəzi Bankı manatın rəsmi məzənnəsi ilə bağlı məlumat açıqlayıb. xəbər verir ki, 18 sentyabr 2026-cı il tarixindən etibarən manatın ABŞ dollarına qarşı rəsmi məzənnəsi Mərkəzi Bank tərəfindən 1,700 səviyyəsind
Ölkədə orta aylıq əməkhaqqı 7% artıb
Bu ilin yanvar-iyun aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı məbləği 1 174,4 manat təşkil edib. Azərbaycanda orta əməkhaqqı bir ayda 2.9 manat artıb. bu barədə Dövlət Statistika Komitəsin