Almaniyada təbii qazın ən iri tədarükçüsü milliləşdirilə bilər
Almaniyada təbii qazın bu ölkədə ən iri tədarükçüsü olan "Uniper" şirkətinin milliləşdirilməsinin mümkünlüyü məsələsi ciddi nəzərdən keçirilir.
Bu şirkət xeyli vaxtdır ciddi çətinliklərlə üzləşir və indi həmin çətinliklərin aradan qaldırılması üçün çox böyük məbləğdə sərmayə qoyulması tələb olunur. İqtisadiyyat naziri Robert Habekin sözlərindən belə çıxır ki, dövlət hələ bu addımı atmağa hazır deyil. Nazir bu gün bəyan edib ki, iri qaz şirkətlərinin dəstəklənməsi çətin ki, mümkün olacaq.
Bunun əvəzində ölkənin federal hökuməti və şirkətin rəhbərliyi nizamnamə kapitalının birbaşa artırılması variantını nəzərdən keçirir. Bu isə əslində firmanın xeyli hissəsinin dövlət mülkiyyətinə keçməsi deməkdir. Söhbət 1 milyard avrodan gedir.
"Uniper"in çətinlikləri "Şimal axını-1" qaz kəməri bağlanandan sonra üzə çıxıb. Sibirdən ucuz qaz almaq artıq mümkün deyil, lakin alıcılar qarşısında öhdəliklər (xüsusən uzunmüddətli kontraktlar) qüvvədə qalır. Şirkət çatışmayan qazı dünya bazarında baha qiymətə almağa məcburdur. Buna görə yaranmış problemlər şirkəti müflisləşmə vəziyyətinə yaxınlaşdırır. / banker.az
Qaz ödənişləri ilə bağlı YENİLİK
İstifadə olunan təbii qazın ödənişi ilə bağlı yeni qayda tətbiq ediləcək. xəbər verir ki, abonentlər qaz sərfiyyatının dəyərini artıq POS-terminallar vasitəsilə də ödəyə biləcəklər. Beləliklə, istifadə edilmiş qazın haqq
Bu şəxslərin pensiyası ARTIRILDI
1300-dən çox işləyən pensiyaçının pensiyası 6 il işlədikdən sonra proaktiv qaydada yenidən hesablanaraq artırılıb. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, yaşa gör
Paytaxtda mənzillərin qiyməti artır? - VİDEO
Daşınmaz əmlak bazarında qiymət artımı davam edir. -ın "Xəzər" TV-yə istinadən yaydığı məlumata görə, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, bahalaşma xüsusilə sahəsi kiçik olan mənzillərd
Toyuq əti istehsalında kəskin artım - Necə olacaq?
Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının məlumatı: . Azərbaycan quş qripindən azad ölkə statusunda: Quşçuluq sektoru bundan nə qazanır?. Son illərdə Azərbaycanın qeyri-neft sektorunda davaml
İstehsal sektoru çökür, xidmət sektoru dirçəlir
Almaniyanın özəl sektoru noyabr ayı üçün aşağı göstərici nümayiş etdirib. Şirkətlər həm biznes fəaliyyətində, həm də yeni sifarişlərdə daha yavaş artımlar olduğunu bildiriblər. xəbər verir ki, xidmət sektorunun fəaliyyə
Azərbaycan nefti ucuzlaşıb
Dünya bazarında "Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin 1 barelinin qiyməti 0.07 ABŞ dolları və ya 0.07% azalaraq 95.5 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizi