Almaniyanı texniki tənəzzül GÖZLƏYİR
Almaniyanın ÜDM-i 2023-cü ilin birinci rübündə 0,3% azalıb. Üstəlik, azalma ardıcıl iki rübdür ki, davam edir. Bu da texniki tənəzzül vəziyyətinin başlanğıcından xəbər verir.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bunu Federal Statistika İdarəsinin məlumatları sübut edir.
Belə ki, 2022-ci ilin dördüncü rübünün nəticələrinə görə, Almaniya iqtisadiyyatı 0,5%, 2023-cü ilin birinci rübündə isə 0,3% azalıb.
Bildirilib ki, tənəzzül əslində 2022-ci ilin sonunda, enerji qiymətlərində kəskin artımın istehlakçıları vurduğu vaxt başlayıb. Eyni zamanda, ÜDM-in azalmağa davam edəcəyi ehtimalı azdır, lakin kəskin iqtisadi artım da olmayacaq.
Ekspertlərin fikrincə, iqtisadi inkişafın azalması bütün Avropa regionunda faiz dərəcələrinin artması və yüksək inflyasiya fonunda baş verir. Bundan əlavə, Avropa Mərkəzi Bankının iyunun 15-də keçiriləcək iclasında daha bir faiz artımı gözlənilir. Bütün bunlar həm istehlaka, həm də investisiyaya təsir edəcək.
Mayın ortalarında "Bloomberg" analitiklərin statistik məlumatlarına istinad edərək bildirib ki, bir çox xarici investorlar yenidən Avropa Birliyinin (Aİ) ən böyük iqtisadiyyatı olan Almaniyanın tənəzzülə girməsi risklərinin artmasından qorxurlar.
İqbal Rzayev,
KONKRET.az

Xalq Bank ABŞ dolları üzrə əmanət faizlərini artırdı ®
Bank Kartından Təhlükəsiz İstifadə üçün 10 Əsas Qayda
Azərbaycanda sənaye istehsalı azalıb, avtomobil istehsalı isə 77,2% artıb
Dövlət-özəl tərəfdaşlığı çərçivəsində maliyyə savadlılığı və kibertəhlükəsizlik mövzusunda təlim keçirilib
"Zolotaya Korona" Rusiyadan Gürcüstana pul köçürmələrini bərpa edib
Azərbaycanda ipoteka kreditlərinə böyük tələb – 6848 müraciətdən 1393-ü qeydə alınıb
ADA Universiteti və Bank of Baku-nun təşkil etdiyi II "Mini-MBA" proqramı yekunlaşdı
Yeni yaradılan şirkətə - DÖVLƏT QURUMUNDAN QADAĞA – ƏTRAFLI
Bank Respublika və AccessBank-ın birləşməsinin bazara təsiri açıqlanıb
Swift nədir?
İnstaqramda biznes qurmağın yolları
Whatsapp biznesin üstünlükləri nələrdir?
"iPhone 15" modelinin üstünlükləri
Biznes qurmaq istəyənlərə 10 sadə məsləhət