"Almet Holding" istehlakçılarda yaranan çaşqınlıqla bağlı - AÇIQLAMA YAYDI

"Almet Holdinq" 2016-cı ildən ölkəmizdə və dünyanın bir neçə ölkəsində polad və polad məhsulları sahəsində fəaliyyət göstərir. Şirkətin əsas profili xammaldan yarımfabrikatlara və hazır məhsullara qədər polad çeşidli məhsulların ticarəti, eləcə də logistikası və digər əlavə dəyər xidmətləridir. Bizim keyfiyyətə tam zəmanət, alış, satış, maliyyə, sığorta və logistika həllərimiz müştərilərimiz və təchizatçılarımız üçün sərfəli təchizat zəncirinin idarə edilməsini asanlaşdırmaq üçün  uyğunlaşdırılmışdır.
FED.az xəbər verir ki, "Almet Holding"in Azərbaycanda ticarətçi şirkət - "Almet Trading" MMC, logistika şirkəti - "Almet Logistika" MMC, idarə edici holdinq strukturu - "Almet Holding" QSC fəaliyyət göstərir. Şirkətin eləcə də Gürcüstanda ticarətçi şirkəti - "Almet Trading Georgia" LLC, Türkiyədə ticarətçi şirkəti - "Almet Trading Turkey" LLC, Birləşmiş Krallıqda ticarətçi şirkəti - "Almet Trading UK" LLC, Birləşmiş Ərəb Əmirliklərində "Almet Trading" DMCC fəaliyyət göstərir.
Almet Trading əmtəə nişanı Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyində "Almet Trading" MMC adına qeydiyyata alınmışdır. Azərbaycan bazarında "Almet Tradig Baku" QSC adında fəaliyyət göstərən, meşə materiallarının və tikinti materiallarının satışı ilə məşğul olan şirkətin "Almet Holding"lə heç bir bağlılığı yoxdur.
"Almet Holding"in direktoru Namiq İbrahimov  sorğumuza cavab olaraq bildirdi ki, "Almet Holding 2016-cı ildən fəaliyyət göstərir. Şirkət Azərbaycan bazarı ilə yanaşı İngiltərə, Uels, Gürcüstan, Türkiyə və digər ölkələrdə təkcə metallurgiya və istehsalatla yox eyni zamanda logistika xidməti göstərir. Holdinqimiz 2022-ci ildə ümumi dövriyyəsi  130 mln manatın üzərində olub ki, bunun da 50%-indən artığı beynəlxalq şirkətlərimizin payına düşür. Qeyd edim ki,  Holdinqimiz bu il Ağdam Sənaye Parkında yeni müəssisənin yaradılmasına 13 mln manat investisiya yatıracaq.
Maliyyə göstəricilərindən də göründüyü kimi, bizim güclü tərəfdaşlarımız və etibarlı resurslarımız var. Mediada "Almet Tradig Baku" QSC ilə bağlı yayılan məlumatların bizimlə heç bir bağlılığı yoxdur və yarana biləcək mənfi hallara görə məsuliyyət daşımırıq. Əlbəttə ki, adın birbaşa oxşarlığı istehlakçılarda və media nümayəndələrində çaşqınlıq yaradır. Bu da bizim brendimizə və işgüzar nüfuzumuza xələl gətirir. Artıq bununla bağlı qarşı tərəfə məlumat vermişik. Adın dəyişdirilməsi ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət ünvanlayacaq və eyni zamanda hüquqi müstəvidə addımlar atacağıq".
Qeyd edək ki, mediada yayılan məlumatlarda "Almet Trading Baku" şirkətinin mənfəətinin 2022-ci ildə ötən ilə nibətdə 2,6 dəfə azaldığı və şirkətin borclanmaya getdiyi bildirilmişdi.

Biznes     Tarix: 09 iyun 2023

Oxşar xəbərlər

Dövlət şirkətlərinin idarəetmə orqanlarının üzvlərinin mükafatlandırılması qaydası dəyişib

Nazirlər Kabineti 4 iyun 2019-cu il tarixli "Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətində səmərəliliyin artırılması ilə bağlı bir sıra normativ hüquqi aktların təsdiq edilməs

Londondakı yeganə Azərbaycan restoranından - REPORTAJ - FOTOLAR

Sonuncu dəfə nə vaxt dovğa yediyimi xatırlamıram. Dovğa elə yeməklərdəndir ki, hazırlanması həm vaxt, həm də böyük zəhmət tələb edir. Vətəndən uzaqda yaşayanda insan ailəsi üçün nə qədər darıxırsa, illərlə öyrəşdiyi doğm

Üç xarici şirkətin Azərbaycandakı Filialı – BAĞLANIR

Daha üç xarici şirkət Azərbaycandakı fiallarını bağlamaq qərarına gəliblər. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, söhbət "Viking İnternational Limited" şirkətinin filialından (VÖEN: 1701601701), "Verti

Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR

Bu ilin əvvəlində Azərbaycanda fərdi sahibkarların sayı 1 milyon 454 min 61 nəfər olub. Bank və sığorta sektorunda kişilərin maaşı qadınlardan 1421 manat çoxdur. biznes və maliyyə xəbərləri portalı Dövlət Statistika Komitəsin

"Norm"un 5 illik strategiyası: Yeni zavodlar, məhsullar və Qarabağ planı – RAMİL MAHMUDOVLA MÜSAHİBƏ

Azərbaycanın sement sənayesində lider mövqeyə malik şirkətlərindən biri olan "Norm" ASC ölkənin tikinti materialları bazarında mühüm rol oynayır. Müasir istehsal texnologiyaları, illik 2,1 milyon ton sement istehsal

Sahibkarlar üçün yenilik - Ezamiyyət qaydaları dəyişdi

Azərbaycanda işçilərin ezamiyyətə göndərilməsi qaydalarında dəyişiklik edilib. xəbər verir ki, maliyyə naziri Sahil Babayevin sədrliyi ilə Maliyyə Nazirliyinin Kollegiyası "İşçilərin Ezamiyyə Qaydaları"na dəyişikliklər

"Gəncə Şərab-1"in dövlətə 30 min manata yaxın vergi borcu var – QƏRAR VERİLƏCƏK

"Gəncə Şərab-1" ASC-nin borclarının həll olunması məqsədilə şirkətin səhmdarlarının növbədənkənar iclası çağırılıb. xəbər verir ki, 6 noyabr 2026-cı il saat 15.00-da "Gəncə Şərab-1" ASC səhmdarlarını

Azərbaycanın "ONYX" şirkəti Koreya texnologiya bazarına birbaşa kanal açır – ŞİRKƏT "GLOBAL BUYER" STATUSU İLƏ TƏMSİL OLUNUB

Korporativ İT infrastrukturu üzrə ixtisaslaşan ONYX MMC Cənubi Koreyada keçirilən World Smart City Expo 2026-da Azərbaycanı "Global Buyer" statusunda təmsil edib və Koreya istehsalçıları ilə birbaşa tədarük danışıqların

Bakı "PostEurop" Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

7–8 oktyabr 2026-cı il tarixlərində Bakıda "PostEurop" Baş Assambleyası və Biznes Forumu keçiriləcək. xəbər verir ki, beynəlxalq tədbirə AZCON Holding şirkətlərindən olan "Azərpoçt" MMC ev sahibliyi edəcək


iqtisadi xeberler bitkoin qiymeti kicik biznes investisiya dollarin kursu bu gun