AMB: "Maliyyə sektorunun bulud texnologiyalarına inteqrasiyasına qadağa yoxdur"
Azərbaycanda maliyyə sektorunun bulud texnologiyalarına inteqrasiyasına, onlardan istifadəsinə dair hansısa qadağa yoxdur.
Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) informasiya və kibertəhlükəsizlik şöbəsinin müdiri Elvin Şahverdiyev İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə keçirilən "Dayanıqlı inkişaf üçün texnologiyalar: 4Sİ texnologiyaları və bulud həlləri" mövzusundakı tədbirdə bildirib.
Onun sözlərinə görə, AMB bu istiqamətdə yeni strategiya hazırlayıb: "Maliyyə sektorunda kibertəhlükəsizliyin aktual olduğunu nəzərə alaraq bu sahədə tənzimləyici strategiya hazırlanıb, rəylərin alınması məqsədi ilə sorğular göndərilib. Əsas məqsəd AMB-də və ölkədəki maliyyə institutlarında informasiya və kibertəhlükəsizliyi gücləndirməkdir. İkinci məqsəd maliyyə sektorunda mümkün kiberinsidentlərə və fövqəladə hallara qarşı hazırlıq səviyyəsinin yüksəldilməsidir. Həmçinin bu fonda maraqlı tərəflərlə münasibətlərin formalaşması və prosesin effektivliyinin artırılması məqsədlərimizdəndir. Strategiya 2023-2026-cı illəri əhatə edəcək. Onun əsas vizyonu artan kibertəhlükələr fonunda ölkənin maliyyə sektorunda kiberdayanıqlılığın gücləndirilməsidir". / banker.az

AMB: Kommersiya banklarını birləşməyə məcbur etmirik
Mərkəzi "Bank Respublika" - "AccessBank" sövdələşməsinin bank sektoruna təsirini açıqlayıb
"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
"Prior Credit" BOKT ASC nizamnamə kapitalını 48% artıraraq 3,1 milyon manata çatdırıb
Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - QƏRAR
"Bank of America" FED-dən bu il daha iki faiz artımı gözləyir
Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda "Money20/20 Middle East" tədbirində təqdim edib
Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: "Biznesdə birlikdə" proqramına start verildi
Necə Bitcoin almaq olar?
Biznes qurmaq istəyənlərə 10 sadə məsləhət
Start-up nədir?
Biznes planı necə yazmaq lazımdır?
IMEI kod nədir?