AMFA: "Mikromaliyyələşdirmədə etik standartlara riayət olunmalıdır"

AMFA: Mikromaliyyələşdirmədə etik standartlara riayət edilməsi mühüm əhəmiyyət kəsb edir.
FED.az xəbər verir ki, bunu "Azərbaycan Mikromaliyyə Assosiasiyası" (AMFA) İctimai Birliyinin icraçı direktoru Jalə Hacıyeva Bakıda keçirilən Halal Biznes və Turizm Forumunda (AZHAB Forum) deyib.
Onun sözlərinə görə, mikromaliyyələşdirmə banklardan kredit ala bilməyən həssas və aztəminatlı əhali təbəqələrinə yönəlib: "Bu, mikromaliyyə təşkilatlarını yüksək etik normalara riayət etməyə məcbur edir. Bizim vəzifəmiz müştəriləri fırıldaqçılıqdan və ədalətsiz şərtlərdən qorumaq, kreditləşdirmədə şəffaflığı və ədaləti təmin etməkdir".
J.Hacıyeva mikromaliyyə xidmətlərinin qarşısında duran əsas çağırışlar arasında həddindən artıq borclanma, yüksək faiz dərəcələri və müştərilər arasında maliyyə savadlılığının aşağı səviyyəsini qeyd edib. AMFA rəhbərinin fikrincə, bu problemlərin həllində Azərbaycan Mərkəzi Bankı mühüm rol oynayır və müştəriləri həddindən artıq borc yükündən qorumaq üçün səmərəli tənzimləyici tədbirlər tətbiq edib.
O, qadınların mikromaliyyələşdirmədə roluna xüsusi diqqət yetirilib. J. Hacıyeva bildirib ki, mikromaliyyə xidmətlərindən istifadə edənlərin 20 %-ni qadınlar təşkil edir və onların 75 %-i regionlarda yaşayır: "Halbuki ilkin olaraq bu göstərici cəmi 4 % təşkil edirdi. Qadınlar arasında mikromaliyyələşdirmənin əlçatanlığını artırmaq üçün qadın kredit işçilərinin cəlb edilməsi üzrə aktiv iş aparılıb ki, bu da bu xidmətlərin populyarlığını əhəmiyyətli dərəcədə artırıb. (Report)

Biznes     Tarix: 09 oktyabr 2024

Oxşar xəbərlər

Sahibkarlar üçün yenilik - Ezamiyyət qaydaları dəyişdi

Azərbaycanda işçilərin ezamiyyətə göndərilməsi qaydalarında dəyişiklik edilib. xəbər verir ki, maliyyə naziri Sahil Babayevin sədrliyi ilə Maliyyə Nazirliyinin Kollegiyası "İşçilərin Ezamiyyə Qaydaları"na dəyişikliklər

Tenderyard Azərbaycanda alış-satışa yeni yanaşma - TƏQDİM EDİR

Azərbaycanda rəqəmsal ticarət imkanları genişləndikcə alıcı və satıcıların bir-biri ilə daha rahat əlaqə qurmasına imkan verən platformalara maraq artır.  xəbər verir ki, bu istiqamətdə fəaliyyət göstərənTenderyard.com alı

Azərbaycan-Kamboca sənədləri mübadilə olunub

Azərbaycan Respublikası ilə Kamboca Krallığı arasında imzalanmış sənədlərin oktyabrın 12-də Prezident İlham Əliyevin və Baş nazir Hun Manetin iştirakı ilə mübadiləsi mərasimi olub. xəbər verir ki, "Azərbaycan Respublikasını

Dövlət şirkətlərinin idarəetmə orqanlarının üzvlərinin mükafatlandırılması qaydası dəyişib

Nazirlər Kabineti 4 iyun 2019-cu il tarixli "Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətində səmərəliliyin artırılması ilə bağlı bir sıra normativ hüquqi aktların təsdiq edilməs

Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR

Bu ilin əvvəlində Azərbaycanda fərdi sahibkarların sayı 1 milyon 454 min 61 nəfər olub. Bank və sığorta sektorunda kişilərin maaşı qadınlardan 1421 manat çoxdur. biznes və maliyyə xəbərləri portalı Dövlət Statistika Komitəsin

Bakıda Azərbaycan-Laos biznes-forumu keçiriləcək

Müvafiq göstərişlər verildi ki, iqtisadi sahədə, o cümlədən ticarət dövriyyəsi sahəsində əməkdaşlıq intensivləşsin. xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Laos Prezidenti Thonqlun Sisulitlə mətbuata bəyanatınd

"Sea Breeze" yeni şirkət yaratdı

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) "Sea Breeze Radisson" MMC-ni dövlət qeydiyyatına alıb. Azərbaycanda eyni ünvanda yerləşən 5 şirkət – LƏĞV EDİLİR - DETALLAR. xəbər verir ki, yeni şirkə

Bakı "PostEurop" Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

7–8 oktyabr 2026-cı il tarixlərində Bakıda "PostEurop" Baş Assambleyası və Biznes Forumu keçiriləcək. xəbər verir ki, beynəlxalq tədbirə AZCON Holding şirkətlərindən olan "Azərpoçt" MMC ev sahibliyi edəcək

Avropa şirkətləri Azərbaycanda dövlət qurumlarından biznesə daha çox dəstək gözləyir

Avropa şirkətləri Azərbaycanda dövlət tenderlərində bərabər rəqabət imkanlarının daha da artırılmasını vacib hesab edirlər. Son bir ildə Qarabağ və Naxçıvana investisiya yatıran Avropa şirkətlərinin sayı xeyli artıb. xəbə


iqtisadi xeberler investisiya bitkoin almaq telefonla pul qazanmaq dollar manat kursu