Azərbaycan-Kamboca sənədləri mübadilə olunub
Azərbaycan Respublikası ilə Kamboca Krallığı arasında imzalanmış sənədlərin oktyabrın 12-də Prezident İlham Əliyevin və Baş nazir Hun Manetin iştirakı ilə mübadiləsi mərasimi olub.
FED.az xəbər verir ki, "Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi nəzdində ADA Universiteti ilə Kamboca Krallığının Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin Diplomatiya və Beynəlxalq Əlaqələr Milli İnstitutu arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nu ADA Universitetinin rektoru Hafiz Paşayev və Kambocanın Diplomatiya və Beynəlxalq Əlaqələr Milli İnstitutunun prezidenti Fann Makara mübadilə ediblər.
"Azərbaycan Respublikası Hökuməti ilə Kamboca Krallığı Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın, habelə vergi üstünlüklərindən sui-istifadənin qarşısının alınması haqqında Saziş"i Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Kambocanın ticarət naziri xanım Çam Nimul mübadilə etdilər.
"Azərbaycan Respublikası Hökuməti ilə Kamboca Krallığı Hökuməti arasında ticarət və iqtisadi əməkdaşlıq haqqında Çərçivə Sazişi"ni Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Kambocanın ticarət naziri xanım Çam Nimul mübadilə etdilər.

Azərbaycanda kassa aparatları ilə qeydə alınan dövriyyə 3 milyard manatdan çox artıb
Sahibkarlar üçün yenilik - Ezamiyyət qaydaları dəyişdi
Çexiyanın Azərbaycana ümumi investisiya qoyuluşu açıqlanıb
Xarici ticarətdə 11 milyard manatdan çox müsbət saldo yaranıb
Torpağa dəyər, gələcəyə inam – Ziraat Bank Azərbaycan III Beynəlxalq Aqro Forumda
Unibank və AYİB xarici ticarətin maliyyələşdirilməsinə həsr olunan tədbir keçirib
"PAŞA Bank" IPO-dan sonra kapital artımını səhmdarların müzakirəsinə çıxarır
Azərbaycan-Kamboca sənədləri mübadilə olunub
Gürcüstanda 400-dən çox Azərbaycan sərmayəli şirkət yaradılıb
Biznes planı necə yazmaq lazımdır?
McDonalds haqqında maraqlı faktlar
Necə Bitcoin almaq olar?
Layihə menecmenti nədir?
Birbank xidmətinə necə qoşulmaq olar?