"Ana, mən şəhid oldum" ifasını dinlədi, sonra şəhadətə yüksəldi - FOTO/VİDEO
Sentyabrın 12-dən 13-ə keçən gecə düşmənin törətdiyi genişmiqyaslı təxribatın qarşısını alarkən qəhrəmancasına şəhidlik zirvəsinə ucalan əslən Qazax rayon Daş Salahlı kənd sakini, Silahlı Qüvvələrin giziri Kərimov Azad Zakir oğlunun təsirli videosu yayılıb.
Sherg.az xəbər verir ki, qəhrəman şəhidimizin sözügedən videosu onun telefonundan əldə olunub.
Məlumata görə, mərhum şücaətli gizirin mobil telefonu işləmədiyinə görə onu evdə qoyaraq xidmətə yollanıb. Bu günlərdə şəhidimizin dostları həmin telefonu bərpa etdirib, foto və videoları götürməyə nail olublar.
Qeyd edək ki, şəhidimiz ailəlidir, iki oğul övladı var. Onu da xatırladaq ki, əfsanəvi döyüşçünün həyat yoldaşı da şəhid qızıdır.
Gizir Kərimovun xanımı Qazax rayon Fərəhli kənd sakini, Birinci Qarabağ müharibəsi şəhidi Azər Hüseynovun övladıdır. Bildirək ki, şəhidimizin qayınatası Hüseynov Azər Qələndər oğlu 25 fevral 1973-cü ildə Qazax rayonunun Fərəhli kəndində anadan olub. 1992-1996-cı illərdə Azərbaycan Milli Ordu sıralarında xidmət edib. 2 noyabr 1997-ci ildə Qazax rayonunun Fərəhli kəndində şəhid olub. Evli olub. Həyat yoldaşı və iki övladı Fərəhli kəndində yaşayır.
Məlumat üçün bildirək ki, gizir Kərimov 44 günlük Vətən savaşında göstərdiyi şücaətə və əfsanəvi qəhrəmanlığa görə, müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən "İgidliyə görə" və "Döyüşdə fərqlənməyə" görə medalları ilə təltif olunub.







Qazaxıstan əcnəbilər üçün bank hesabı açılışında qaydaları dəyişir
Rusiyadan Gürcüstana pul köçürmələri 20 illik minimuma düşüb
Elektron siqaret satan şəxs – CƏRİMƏLƏNDİ
"Bitcoin"in qiyməti 85 min dolları ötüb - SON QİYMƏT
Azərbaycanda 12 illik şirkətdən – 2,8 MİLYON MANAT GÖTÜRÜLÜR
"Monetri"nin kredit portfeli 30 milyon manatı keçib – aktivləri 38,9 milyon manata çatıb
Menyunu düzgün tərtib etməyən restoran sahibi – CƏRİMƏLƏNDİ
Mərkəzi Bank faiz dəhlizinin aşağı həddini endirdi, qalanlarını sabit saxladı
AZCON Holdinq-də – YENİ TƏYİNAT
AMB faiz dəhlizinin aşağı həddini niyə endirdi?
Digital Card nədir?
Birbank xidmətinə necə qoşulmaq olar?
Dünyanın ən varlı 10 müğənnisi
5 liderlik göstəricisi
Biznes qurmaq istəyənlərə 10 sadə məsləhət