Anar Nərimanov: "İT xərclərin azaldılması informasiya təhlükəsizliyinə risk yarada bilər"
İT xərclərin optimallaşdırılmasının bu xərclərin azaldılması kimi anlaşılması İT sektorun inkişafına, həm də informasiya təhlükəsizliyinə ciddi rikslər yaradır.
Bunu İqtisadiyyat Nazirliyinin Elektron İdarəetmə şöbəsinin müdiri Anar Nərimanov bu gün Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) təşkilatçılığı ilə keçirilən "Dövlət Qurumlarının İT rəhbərlərinin I Zirvə Toplantısı"nda çıxışı zamanı deyib.
A.Nərimanov hesab edir ki, hər dövrün öz tələbləri var və bu tələbə uyğun davranmaq lazımdır: "Hər bir dövrün, hər bir zamanın tələbinə görə İT xərcləri dəyişir. Təxminən 10 il öncə "Desktop həllər" dövründə xərclər, tətbiq olunan texnologiyalar, avadanlıqlar və onların üzərində gələn lisenziyalar tamam başqa idi. O dövrə görə xərclər formalaşırdı. Hazırki dövrə görə, SMART və "Web həllər" var. Həmçinin çoxlu informasiya təhlükəsizliyi ilə bağlı kənar həllər var. Ona görə də biz İT xərclərinin optimallaşdırılması anlayışını İT xərclərinin azaldılması anlayışı ilə qarışdırsaq bu bizim üçün ciddi risklər yarada bilər. Bu risklər həm İT-nin inkişafına, həm də informasiya təhlükəsizliyinə tətbiq edilən həllərə təsir edər. İT xərclər optimallaşdırılmalıdır, amma inkişaf yönümlü!".
O qeyd edib ki, özəl sektorda İKT sahəsində qazanılan təcrübə dövlət sektorunda da tətbiq edilir:
"Mən də daxil olmaqla burada əyləşən bir çoxları dövlət sektoruna məhz özəl sektordan gəlmişik. Məhz özəl sektorda qazandığımız texnoloji bilikləri dövlət sektorunda tətbiq etməyə başlamışıq. Özəl sektorun əlaqələri və imkanları daha genişdir. Biz burada dövlət qurumları arasındakı əlaqələri müzakirə edirik. Amma nəzərə almalıyıq ki, hazırda bir çox dövlət qurumlarında özəl sektor həm texniki dəstək, həm şəbəkə həlləri, həm də proqram təminatı ilə bağlı həllər təqdim edirlər. Bəzən dövlət qurumlarının informasiya axınının bir çox hissəsi özəl sektordadır. Əslində bu da normaldır. Əslində dövlət qurumuna xidmət edən özəl sektor da olmalıdır". / banker.az

AMB: Kommersiya banklarını birləşməyə məcbur etmirik
Mərkəzi "Bank Respublika" - "AccessBank" sövdələşməsinin bank sektoruna təsirini açıqlayıb
"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
"Prior Credit" BOKT ASC nizamnamə kapitalını 48% artıraraq 3,1 milyon manata çatdırıb
Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - QƏRAR
Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda "Money20/20 Middle East" tədbirində təqdim edib
Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: "Biznesdə birlikdə" proqramına start verildi
"Bank of America" FED-dən bu il daha iki faiz artımı gözləyir
SWIFT nədir?
Mcdonalds françayzinqi neçiyədir?
5 liderlik göstəricisi
Onlayn biznes növləri
Dünyanın ən zəngin idmançıları