Anlamaq çətindir, itirmək asan: KRİPTOVALYUTADA HANSI RİSKLƏR VAR? – 5 VACİB TÖVSİYƏ

Anlamaq çətindir, itirmək asan: KRİPTOVALYUTADA HANSI RİSKLƏR VAR? – 5 VACİB TÖVSİYƏKaspersky şirkəti insanların kriptovalyutalara münasibəti ilə bağlı araşdırma aparıb. 
FED.az xəbər verir ki, məlum olub ki, respondentlərin demək olar ki yarısı (48%) qeyri-sabitlikdən qorxaraq rəqəmsal puldan imtina edib.
Üstəlik, respondentlərin 10%-i artıq aktivlərini itirdiyini və nəticədə investisiyalardan imtina etdiyini açıqlayıblar. Kriptovalyuta sahibi olmayan respondentlərin 61%-i vəsait itirmək riski səbəbindən ondan istifadə etməyi düşünmədiyini bildiriblər.
Həmçinin respondentlərin 14%-i kriptovalyutanın dəyərinin heç bir maddi aktivlə təmin edilməməsindən narahatdırlar, respondentlərin 6%-i isə kiberhücumlar nəticəsində şəxsi məlumatların sızması risklərindən qorxurlar.
"Kriptovalyuta sənayesi nisbətən yeni meydana çıxıb. Təəccüblü deyil ki, əsrlər boyu ənənəvi puldan istifadə edən insanlar hələ də onun innovativ analoqlarına etibar etmirlər. Bununla belə, kriptovalyutaların böyük potensialı var. Təhlükəsizliyə diqqət yetirməklə, kriptovalyuta sahibləri maliyyə aktivlərini və şəxsi məlumatlarını itirmək risklərini minimuma endirə və özlərini müvafiq təhlükələrdən qoruya bilərlər. Azərbaycanda müvafiq hüquqi sahənin hələ formalaşma mərhələsində olduğunu nəzərə alsaq, ikiqat diqqətli olmaq lazımdır", - deyə Kaspersky-nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov bildirir.
Kriptovalyutaların üstünlüklərindən təhlükəsiz istifadə etmək üçün Kaspersky mütəxəssisləri tövsiyə edirlər:
• hər bir hesab üçün güclü, unikal şifrələrdən istifadə edin, bununla hesabınızın sındırılmasının qarşısını ala bilərsiniz;
• şübhəli e-poçt və linklərdən ehtiyatlı olun: fişinq hücumçularının köməyi ilə təcavüzkarlar qurbanları şəxsi hesab və ya şəxsi məlumatlara giriş üçün hesab məlumatlarını ötürməyə inandırmağa çalışırlar;
• kriptocüzdanınızın kilidini açmaq üçün itifadə etdiyiniz şəxsi açarlarınızı heç kimlə paylaşmayın;
• rəqəmsal savadlılığa diqqət yetirin: mövcud kibertəhlükələrdən və kriptovalyutadan qorunma təcrübələrindən xəbərdar olun. Mümkün aldatma sxemləri haqqında nə qədər çox bilsəniz, onlara qarşı daha yaxşı mübarizə apara biləcəksiniz;
• bütün cihazlarda etibarlı təhlükəsizlik həlli quraşdırın. Məsələn, Kaspersky məhsulları kriptovalyutalarla bağlı təhlükələrin, o cümlədən kriptovalyuta mədənçiliyi üçün kompüterin icazəsiz istifadənin qarşısını alır.
* Sorğu Kaspersky-nin sifarişi ilə Arlington Research şirkəti tərəfindən 16 ölkədə aparılıb və Avstriya, Braziliya, Kolumbiya, Fransa, Almaniya, Hindistan, Malayziya, Meksika, Səudiyyə Ərəbistanı, Cənubi Afrika, İspaniya, İsveçrə, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya və ABŞ-da ümumilikdə 12 min insanı əhatə edib.

Kriptovalyuta     Tarix: 30 yanvar 2023

Oxşar xəbərlər

Bitkoinə pul yatıranlardan 30 milyon dollar oğurlanıb

2026-cı ilin əvvəlindən etibarən kriptoinvestorlara edilən hücumlar nəticəsində onlardan 30 milyon dollara yaxın vəsait oğurlanıb. xəbər verir ki, bu barədə "Chainalysis" analitik şirkəti yazır. Məqalədə qeyd olunu

"Bitcoin" yenidən 81 min dolları ötüb - SON QİYMƏT

Kriptovalyuta bazarında son sutka ərzində kəskin yüksəliş qeydə alınıb. xəbər verir ki, "CoinMarketCap" platformasında "Bitcoin" son 24 saatda 4,97% bahalaşaraq 81 045,75 ABŞ dollarına yüksəlib. "Ethereum"

"Bitcoin" 80 min dollardan aşağı düşüb - SON QİYMƏT

Son sutkada kriptovalyuta bazarında qarışıq dinamika müşahidə olunub. xəbər verir ki, CoinMarketCap platformasında "Bitcoin"in qiyməti son 24 saatda 1,19% azalaraq 79 662,81 ABŞ dolları təşkil edib. "Ethereum"u

OKX kriptokartına girişi genişləndirir: Alış-verişi steyblkoinlərlə necə ödəmək olar

OKX ödəniş kartının coğrafiyasını genişləndirir: 22 iyuldan etibarən daha çox istifadəçi onu əldə edə biləcək. Kart onlayn alış-verişləri, abunəlikləri, xarici xidmətləri və gündəlik xərcləri steyblkoin balansından ödəməy

"Bitcoin"in qiyməti 81 min dollara yaxınlaşıb

Kriptovalyuta bazarında son sutka ərzində bahalaşma davam edib. xəbər verir ki,  "Bitcoin" son 24 saatda 4,88% bahalaşaraq 80 749,35 ABŞ dollarına yüksəlib. "Ethereum" sutka ərzində 2,79% artaraq 2 503,8

Kriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər?

Kriptovalyuta birjalarında P2P (Peer-to-Peer) formatında mütəmadi alış-satış fəaliyyəti ilə məşğul olaraq əldə etdiyim gəliri qanunvericiliyə uyğun şəkildə bəyan etməklə vergilərimi ödəmək istəyirəm. Qeyd edim ki, bu fəaliyyə

"Bitcoin" yenidən 78 min dollardan aşağı düşüb - SON QİYMƏT

Kriptovalyuta bazarında son sutka ərzində əsas aktivlər üzrə ucuzlaşma müşahidə olunur. xəbər verir ki, "CoinMarketCap" platformasında "Bitcoin" son 24 saatda 1,59% ucuzlaşaraq 77 459,47 ABŞ dolların

DTX bu dəfə əsl "akula"ları tutub – 35 milyon manat cərimə!  

Azərbaycanın təhdükəsizlik orqanları ölkə tarixində indiyədək ən böyük qanunsuz maliyyə əməliyyatının üstünü açıblar. Beynəlxalq kibercinayətkar şəbəkələrin ölkəmizə qarşı qanunsuz əməllərinin-QARŞISI ALINIR. biznes və maliyy

"Bitcoin" 64 min dollara çatıb - SON qiymət

Kriptovalyuta bazarının ümumi kapitallaşması son sutkada 0,01% artaraq 2,19 trilyon dollara çatıb.   xəbər verir ki, "Bitcoin"in qiyməti 63 991 dollar olub ki, bu da son 24 saatda 0,16% artım deməkdir. "Ethereum"


iqtisadi xeberler iqtisadiyyat xeberleri emlak xeberleri valyuta mezennesi internetden pul qazanmaq