"Apple" "App Store"da NFT əməliyyatlarına icazə verib
"Apple" korporasiyası "App Store"da NFT əməliyyatlarına icazə verib. Qeyd olunur ki, bu icazə NFT yaratmağa, satmağa və almağa imkan verir. Şərtlərdə həmçinin bildirilir ki, "Apple"ın proqramlarının və rəqəmsal tokenlərin və valyutaların ticarətinə imkan verən digər proqramların dərcinə etirazı yoxdur, bir şərtlə ki, bu birjalar tətbiqin yayıldığı orqanlardan tələb olunan lisenziyalara malik olsunlar.
Banker.az bu barədə "Forbes"a istinadən xəbər verir.
Xatırladaq ki, "Apple" daxili ödəniş mexanizmi vasitəsilə xidmətlərin ödənilməsinə görə əməliyyat məbləğinin 30%-i həcmində rüsum alır. Bu, "Apple"ın oyun tərtibatçısı "Epic Games" və musiqi axını xidməti "Spotify" daxil olmaqla bir neçə şirkətlə toqquşmasına səbəb olub.
NFT-token sizə rəqəmsal sənət əsəri və ya hər hansı digər virtual obyekt almağa və mülkiyyət sənədini almağa imkan verir. NFT-nin yüksəlişi 2021-ci ilin yazında başlayıb: o ildə "Twitter"in həmtəsisçisi, milyarder Cek Dorsi sosial şəbəkə tarixində ilk tvitin tokenini 2.9 milyon dollara satıb.
Texnologiya bumu 2021-ci ilin sonu və 2022-ci ilin əvvəlinə təsadüf edib, lakin sonra tənəzzül baş verib. "Bloomberg" "Dune Analytics"ə istinadən yazır ki, sentyabrın sonuna ticarət həcmi yanvarın rekord qiymətindən 97% azalıb: göstərici 17 milyard dollar əvəzinə 466 milyon dollar təşkil edib.

AMB: Valyuta alışları manat likvidliyini artırır, faizlərə azaldıcı təsir göstərir
Mərkəzi Bank daşı tərəzinin hansı gözünə qoyacaq? – Faiz qərarı açıqlanır
Qazaxıstan əcnəbilər üçün bank hesabı açılışında qaydaları dəyişir
Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: "Biznesdə birlikdə" proqramına start verildi
Rusiyadan Gürcüstana pul köçürmələri 20 illik minimuma düşüb
"Express Experience" Yay Təcrübə Proqramı – UĞURLA BAŞA ÇATIB
"Bitcoin"in qiyməti 85 min dolları ötüb - SON QİYMƏT
Elektron siqaret satan şəxs – CƏRİMƏLƏNDİ
"Monetri"nin kredit portfeli 30 milyon manatı keçib – aktivləri 38,9 milyon manata çatıb
Menyunu düzgün tərtib etməyən restoran sahibi – CƏRİMƏLƏNDİ
Ən çox gəlir gətirən onlayn bizneslər
Ən varlı "youtube" blogerlər nə qədər qazanır?
Biznes təlimlər və tədris üsulları
Startup nədir və necə olur?
1000 manatla hansı biznesi qurmaq olar?