Apple-ın iPhone 16 modeləri təqdim olunub - SIFIRDAN HAZIRLANIB, QİYMƏTLƏR

Apple-ın iPhone 16 modeləri təqdim olunub - SIFIRDAN HAZIRLANIB, QİYMƏTLƏRApple şirkətinin Kaliforniyadakı Cupertino şəhərciyində təqdimat tədbiri keçirilib.
Marja.az xəbər verir ki, Şirkətin baş icraçı direktoru Tim Kuk burada etdiyi çıxışda təqdimatın Apple-ın ilin ən mühüm hadisələrindən biri olduğunu və yeni smartfonlar, saatlar və simsiz qulaqlıqların təqdim ediləcəyini bildirib.
Apple-ın iPhone 16 modeləri təqdim olunub - SIFIRDAN HAZIRLANIB, QİYMƏTLƏRTədbirdə verilən məlumata görə, Apple Watch Series 10 əvvəlki modellərlə müqayisədə daha incə dizayna və daha böyük ekrana sahibdir.
Bundan əlavə, 30 dəqiqə ərzində 80 faizə qədər enerji ilə doldurula bilən yeni model 18 saatlıq batareya ömrünə sahibdir və 50 metrə qədər suya davamlıdır.
Apple Watch Series 10 telefon zənglərini yaxşılaşdırmaq üçün fon səs-küyünü "boğur" və istifadəçiləri yuxu apnesi (tənəffüsün dayanması və təkrar-təkrar başladığı yuxu pozğunluğu) barədə xəbərdar edə bilir.
Qiymətləri 399 dollardan başlayan yeni modellər üçün bu gündən ilkin sifarişlər verilə bilər.
AirPods 4
Apple tərəfindən təqdim edilən yeni simsiz qulaqlıq seriyası AirPods 4 ətraf mühitdəki səs-küyü azaltmağa kömək edə biləcək fərdiləşdirilmiş məkan səsinə və xüsusiyyətlərə sahibdir.
AirPods 4-ün şarj qutusu əvvəlki modellərlə müqayisədə daha kiçik dizayna sahibdir və USB-C ilə uyğunlaşdırılıb.
Yeni simsiz qulaqlıq AirPods 4 129 dollara, aktiv səs-küyün ləğvi funksiyası olan qulaqlıq isə 179 dollara satışa təqdim ediləcək.
Apple-ın əvvəllər buraxdığı AirPods Pro 2, eşitmə ilə bağlı üç yeni xüsusiyyətə sahibdir.
iPhone 16
Şirkətin iPhone 16 modeli "Apple Intelligence" üçün sıfırdan hazırlanıb. iPhone 16 və iPhone 16 Plus olmaqla iki ölçüdə satışa çıxarılacaq smartfonlar böyük məhsuldar süni intellekt modellərini idarə etmək üçün optimallaşdırılmış yeni A18 çipinə sahibdir.
Yeni modellərdə kameraya bir kliklə girişi təmin edən idarəetmə düyməsi (Camera Control) və barmağınızla müxtəlif kamera xüsusiyyətlərini tənzimləmək imkanı var.
Avtomatik fokuslanma və zəif işıq şəraitində daha çox işıq tutma qabiliyyətini təmin edən yeni ultra geniş 48 meqapiksellik kamera da yeni modelin xüsusiyyətləri arasındadır.
iPhone 16 799 dollardan, iPhone 16 Plus isə 899 dollardan başlayacaq.
Apple 16 Pro və 16 Pro Max smartfonlarır əvvəlki modellərdən daha böyükdür və kənarları daha incədir. iPhone 16 Pro modellərində A18 Pro çipi olacaq. A18 Pro çipi həmçinin yeni kamera xüsusiyyətlərini gücləndirəcək.
iPhone 16 Pro Max-ın şirkətin ən yaxşı batareya ömrünə malik smartfonu olduğu bildirilib. iPhone 16 Pro 999 dollardan, 16 Pro Max 1199 dollardan başlayan qiymətlərlə satışa çıxarılacaq.
Apple-ın təqdim etdiyi yeni məhsullar sentyabrın 20-dən etibarən satışa çıxarılacaq.
Apple-ın iPhone 16 modeləri təqdim olunub - SIFIRDAN HAZIRLANIB, QİYMƏTLƏRApple-ın iPhone 16 modeləri təqdim olunub - SIFIRDAN HAZIRLANIB, QİYMƏTLƏRApple-ın iPhone 16 modeləri təqdim olunub - SIFIRDAN HAZIRLANIB, QİYMƏTLƏRApple-ın iPhone 16 modeləri təqdim olunub - SIFIRDAN HAZIRLANIB, QİYMƏTLƏR

Maraqlı     Tarix: 10 sentyabr 2024

Oxşar xəbərlər

Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir

Naxçıvan Dövlət Universiteti Naxçıvan Müəllimlər İnstitutunun ona qoşulması yolu ilə yenidən təşkil ediləcək. Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərarla müəyyən edilib ki, Naxçıvan Dövlət Universiteti Naxçıva

iPhone 17 Pro Max-ı iPhone 18 Pro Max-a dəyişməyə dəyər?

iPhone 17 Pro Max-ın 6,9 düymlük 120 Hz ekranı, A19 Pro çipi, üç 48 MP-lik arxa kamerası və 39 saata qədər video izləmə müddəti Apple-ın rəsmi texniki məlumatlarında göstərilir. ABŞ-da başlanğıc qiyməti 256 GB üçün 1 19

Süni intellekt qlobal kapital dövriyyəsini necə işə saldı: 2008-ci il böhranı təkrarlana bilərmi?

Dairəvi maliyyələşdirmə modeli süni intellekt bumunu sürətləndirir, eyni zamanda dünya iqtisadiyyatındakı disbalansları dərinləşdirir. Bu mənzərə qlobal maliyyə böhranı ərəfəsindəki vəziyyəti xatırladır. . Müəlliflər: Şo

Apple və Hindistan iPhone istehsalı üçün Çinə alternativ mərkəzi necə yaratdı

Hindistan hakimiyyəti ilə elektronika istehsalçıları arasında uzun illər davam edən əməkdaşlıq təchizat zəncirlərinin yenidən qurulmasına və Çindən asılılığın azalmasına imkan verib. Hər gün 150-dən çox ağ avtobus Çennayı

Nepal və Tibetdə dağıdıcı selə nə səbəb olub?

Mənbə: . Hadisə Azərbaycandan minlərlə kilometr uzaqda, Himalay dağlarının Nepal və Çin sərhədində baş versə də, bu cür təbii fəlakətlərin necə yarandığını və bir-biri ilə necə əlaqəli olduğunu anlamaq coğrafi baxımdan mühü

Cənubi Koreya süni intellektə 880 milyard dollar yatırır: bu investisiyalar ölkənin yüksək texnologiyalar lideri statusunu möhkəmləndirə biləcəkmi?

Cənubi Koreya süni intellekt və yarımkeçiricilərə böyük məbləğdə investisiya qoymağa hazırlaşır. "Üç meqalayihə" çərçivəsində 880 milyard dollarlıq sərmayə planı açıqlanıb. Ölkə artıq HBM də daxil olmaqla mühü

2026-cı ildə dünyanın 10 ən böyük bankı

Banklar və iri maliyyə şirkətləri istənilən iqtisadiyyatın əsasını təşkil edir. Onların ölçüsünü qiymətləndirmək üçün müxtəlif yanaşmalar mövcuddur. Bəzi araşdırmalarda bankların bazar kapitallaşmasına, digərlərində isə aktivlərini

Peşə təhsilində yeni mərhələ – Dağ-mədən üzrə rəqəmsal kurs təqdim olunacaq

"AzerGold" QSC-nin dəstəyi, Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi və "Aspire EdTech" şirkətinin təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə "Dağ-mədən işləri üzrə mütəxəssis"

Gömrükdə malların saxlanılması ilə bağlı yeni qaydalar qüvvəyə mindi

Fiziki şəxslər tərəfindən gömrük sərhədindən keçirilən malların müvəqqəti saxlanca verilməsi ilə bağlı yeni qaydalar müəyyənləşib. Bununla bağlı Gömrük Məcəlləsində dəyişikliklərlə əlaqədar iyunun 19-da qəbul edilən müvafi


iqtisadi xeberler leobank kart valyuta xeberleri iqtisadiyyat xeberleri biznes qurmaq