"Apple" iOS 18-i təqdim edib
Amerikanın "Apple" korporasiyası yeni iOS 18 əməliyyat sistemini təqdim edib. O, iPhone 16 seriyasının hələ təqdim edilməmiş modelləri və dəstəklənən digər qadcetlər üçün nəzərdə tutulub. Təqdimat "Worldwide Developers Conference" tədbiri çərçivəsində baş tutub.
Əməliyyat sisteminin yeni versiyasında istifadəçilər proqram nişanlarının (icon) görünüşünü istənilən rəngə dəyişə və öz istəklərinə uyğun olaraq ekranda yerləşdirə biləcəklər. Həmçinin idarəetmə mərkəzində vidcetlərin ölçüsünü fərdiləşdirmək və kilid ekranının künclərindəki düymələri dəyişmək mümkün olacaq.
"Foto" bölməsi də dəyişikliklərə məruz qalıb. Tərtibatçılar qeyd edirlər ki, bu, iOS tarixində ən böyük yeniləmədir. Bütün şəkillər avtomatik olaraq "Son günlər", "Səyahət", "İnsanlar və ev heyvanları" kimi kateqoriyalara bölünəcək. Kolleksiyalar real vaxt rejimində formalaşacaq.
iOS 18-ə həmçinin oyun rejimi də əlavə edilib. Rejim aktiv olduqda, digər proqramların fəaliyyəti azalır. Bu, oyunlarda kadr sürətini artırmağa imkan verir.
iOS 18-in son versiyası 2024-cü ilin payızında, "Apple" iPhone 16-nı buraxdığı zaman kütləvi istifadəçilər üçün əlçatan olacaq. / banker.az
Bu tarixlərdə ardıcıl olaraq 4 gün İŞ OLMAYACAQ
Azərbaycanda noyabr ayında ardıcıl 4 gün qeyri-iş günü olacaq. xəbər verir ki, 8 Noyabr Zəfər Günü, 9 Noyabr isə Dövlət Bayrağı Günüdür. Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, 8 Noyabr baza
Bu şəxslər işdən çıxarıla bilməyəcək -Yeni təminatlar
Dövlət Qulluğu Məcəlləsinin layihəsində ştatların ixtisarı zamanı bir sıra sosial həssas kateqoriyalara əlavə təminat nəzərdə tutulur. xəbər verir ki, layihəyə əsasən, dövlət qulluqçularının sayı və ya ştatları azaldıldıqd
Pensiyaların ödəniləcəyi TARİX AÇIQLANDI
Avqustun 14-də Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda bu ay üzrə pensiya ödənişlərinin həyata keçirilməsi planlaşdırılır. -ın məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyind
Pensiyalar eyni faizlə artırılmayacaq
Pensiyaların indeksasiya mexanizmi təkmilləşdirilir. Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Əmək pensiyaları haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Qanuna əsasən
Startaplar üçün yeni vergi güzəştləri olacaq
2027-ci il yanvarın 1-dən 10 il müddətinə iştirak payı və ya səhm mikro və kiçik sahibkarlıq subyekti olan "Startap" şəhadətnaməsi və ya texnologiyalar parkının qeydiyyat şəhadətnaməsini almış və digər fəaliyyətl
Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?
Korporativ Həyat Sığortası - Daha çox sığorta olunan, daha az sığorta haqqı. Korporativ Həyat Sığortası, işəgötürənlər tərəfindən işçilərinə və onların ailələrinə təqdim edilən sığorta növüdür. Korporativ Həyat Sığortas
Toyuq əti istehsalında kəskin artım - Necə olacaq?
Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının məlumatı: . Azərbaycan quş qripindən azad ölkə statusunda: Quşçuluq sektoru bundan nə qazanır?. Son illərdə Azərbaycanın qeyri-neft sektorunda davaml