"Araz" supermarketlər şəbəkəsi 6 hektar ərazini tullantılardan təmizlədi - FOTOLAR
Veysəloğlu Şirkətlər Qrupuna (VŞQ) daxil olan "Araz" supermarketlər şəbəkəsi "Təbiəti qorumaq mənim əlimdədir!" şüarı ilə müxtəlif ekoloji layihələrə dəstək göstərməkdə davam edir.
FED.az xəbər verir ki, bu istiqamətdə "Araz" supermarketlər şəbəkəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Təmiz ölkəm" aksiyasına qoşulub.
Aksiyada Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, "Araz" supermarketlər şəbəkəsinin İdarə heyətinin sədri Rəşad İbrahimov iştirak edib.
Aksiya çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, "Araz" supermarketlər şəbəkəsinin, "Təmiz Şəhər" ASC-nin əməkdaşlarının, Pirallahı Rayon İcra Hakimiyyətinin, yerli bələdiyyə nümayəndələrinin, ekokönüllülərin iştirakı ilə Zirə qəsəbəsinin Xəzər dənizi sahilində 6 hektar ərazi tullantılardan təmizlənib. Ümumilikdə 150 nəfərin iştirak etdiyi aksiya zamanı 1.5 ton tullantı yığılaraq "Təmiz Şəhər"ə təhvil verilib.
Təmizlik aksiyalarının keçirilməsində məqsəd ərazilərin təmiz saxlanılmasına və tullantıların düzgün idarə olunmasına yönələn maarifləndirici çağırışlar etmək, təmizliyə riayət etmək vərdişlərini vətəndaşlara təlqin etməkdir.

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Dövlət şirkətinin əmlak satışlarının müsabiqə vaxtı uzadıldı
ING: Azərbaycan Mərkəzi Bankı 2027-ci ildə uçot dərəcəsini sabit saxlayacaq
Onlayn biznes ideyaları
Dünyanın ən çox maaş verən şirkətləri
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
Biznes nədir?
Biznes qurmaq üçün nə lazımdır?