Atasından sonra həyat yoldaşı da şəhid oldu - FOTO
Ermənistan silahlı qüvvələrinin Azərbaycanla sərhəddə törətdiyi təxribat nəticəsində şəhidlik zirvəsinə ucalan 50 hərbi qulluqçudan biri Azad Kərimovdur.
azxeber.com modern.az-a istinadən xəbər verir ki, şəhid hərbçinin nəşi doğulub-böyüdüyü Qazax rayonu, Daş Salahlı kəndinə gətirilib.
Rayon rəsmilərinin, hərbçilərin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə şəhidin vida mərasimi keçirilib.
Mərasimdən sonra Azad Kərimov Daş Salahlı Şəhidlər xiyabanında dəfn olunub.
Qeyd edək ki, Ordumuzun giziri Kərimov Azad Zahid oğlu Ermənistan silahlı qüvvələrinin sentyabrın 13-ü gecə saatlarında törətdiyi təxribatlar nəticəsində Kəlbəcər istiqamətində şəhidlik zirvəsinə yüksəlib.
O, ailəli idi, iki övladı yadigar qalıb.
Əldə etdiyimiz məlumata görə, Azad Kərimov həyat yoldaşı da şəhid qızıdır. Belə ki, gizir Kərimovun xanımı Qazax rayon Fərəhli kənd sakini, Birinci Qarabağ Müharibəsi şəhidi Azər Hüseynovun övladıdır.
Bildirək ki, şəhidimizin qayınatası Hüseynov Azər Qələndər oğlu 25 fevral 1973-cü ildə Qazax rayonunun Fərəhli kəndində anadan olub. 1992-96-cı illərdə Azərbaycan Milli Ordu sıralarında xidmət edib. 2 noyabr 1997-ci ildə Qazax rayonunun Fərəhli kəndində şəhid olub. Evli idi. Həyat yoldaşı və iki övladı Fərəhli kəndində yaşayırdı.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!




Qazaxıstan əcnəbilər üçün bank hesabı açılışında qaydaları dəyişir
Rusiyadan Gürcüstana pul köçürmələri 20 illik minimuma düşüb
Elektron siqaret satan şəxs – CƏRİMƏLƏNDİ
Azərbaycanda 12 illik şirkətdən – 2,8 MİLYON MANAT GÖTÜRÜLÜR
"Monetri"nin kredit portfeli 30 milyon manatı keçib – aktivləri 38,9 milyon manata çatıb
ADB "Bank Respublika"ya dəstəyini davam etdirmək niyyətindədir
Menyunu düzgün tərtib etməyən restoran sahibi – CƏRİMƏLƏNDİ
Mərkəzi Bank faiz dəhlizinin aşağı həddini endirdi, qalanlarını sabit saxladı
AZCON Holdinq-də – YENİ TƏYİNAT
AMB faiz dəhlizinin aşağı həddini niyə endirdi?
Green Card nədir və onu necə əldə etmək olar?
Swift nədir?
"Freelance" nədir?
Amazonda satış etmək üçün bilməli olduqlarınız