ATB-nin xalis mənfəəti 62% artıb

ATB-nin xalis mənfəəti 62% artıbATB 2026-cı ilin doqquz ayını əsas maliyyə göstəriciləri üzrə artımla başa vurub.
ATB-nin yaydığı press-relizdə bildirilir ki, Bankın xalis mənfəəti, gəlirləri, aktivləri, kredit və depozit portfelləri, eləcə də kapitalı və kapitalın gəlirlilik əmsalı yüksəlib.
Xalis mənfəət 15,2 milyon manata çatıb
2026-cı ilin ilk doqquz ayında Bank 15,2 milyon manat xalis mənfəət əldə edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 62% və ya təxminən 5,8 milyon manat artım deməkdir. Hesabat dövründə Bankın ümumi gəlirləri 14% artaraq 143 milyon manat, xərcləri isə 127,6 milyon manat təşkil edib.
Mənfəət dinamikasında faiz və qeyri-faiz gəlirlərinin artımı diqqət çəkir. 2026-cı ilin sentyabr ayına faiz gəlirləri 97,4 milyon manatdan 105,7 milyon manata yüksəlib. Qeyri-faiz gəlirləri isə 27,9 milyon manatdan 37,2 milyon manata çatıb.
Kapitalın gəlirliliyi və məcmu kapital artıb
Məcmu kapital isə ötən ilin eyni dövrü ilə müqayisədə 16,5% artaraq 128,7 milyon manat təşkil edib.
Kredit portfeli 20% artaraq 945 milyon manata yaxınlaşıb
2026-cı ilin sentyabr ayının sonuna Bankın ümumi kredit portfeli ötən ilin müvafiq dövründəki 787,7 milyon manatdan 944,9 milyon manata yüksəlib. Beləliklə, kredit portfelində 20% artım qeydə alınıb.
Portfelin tərkibində istehlak kreditləri 35% artaraq 314,2 milyon manatdan 424,1 milyon manata, biznes kreditləri 13,5% artaraq 267,1 milyon manatdan 303,2 milyon manata çatıb. Daşınmaz əmlak kreditlərinin həcmi isə 5,5% artımla 206,3 milyon manatdan 217,6 milyon manata yüksəlib.
Depozit portfeli 1,7 milyard manata yüksəlib
Hesabat dövrünün sonunda Bankın depozit portfeli ötən ilin eyni dövrü ilə müqayisədə 40,4% artaraq 1,7 milyard manata çatıb. Əhalinin Banka yerləşdirdiyi əmanətlərin həcmi 70% artaraq 344,8 milyon manat təşkil edib.
2026-cı ilin üçüncü rübünün sonuna Bankın ümumi öhdəlikləri 2 milyard manat səviyyəsində olub.

/ marja.az

Banklar     Tarix: 15 oktyabr 2026

Oxşar xəbərlər

"Bank VTB (Azərbaycan)" 9 ayı 7.7 milyon manat mənfəətlə tamamladı

"Bank VTB (Azərbaycan)" 2026-cı ilin yanvar-sentyabr aylarını 7 milyon 678 min manat xalis mənfəətlə başa vurub. Ötən ilin müvafiq dövründə bankın xalis mənfəəti 10 milyon 490 min manat təşkil etmişdi. bu barəd

Mərkəzi Banka yeni səlahiyyət verilir

Mərkəzi Bankın nəzarəti ayrı-ayrı maliyyə institutları ilə yanaşı, onların daxil olduğu maliyyə qruplarına da şamil ediləcək. Bu, Milli Məclisin oktyabrın 16-da keçiriləcək iclasında müzakirəyə çıxarılacaq "Azərbayca

ATB-nin xalis mənfəəti 62% artıb

ATB 2026-cı ilin doqquz ayını əsas maliyyə göstəriciləri üzrə artımla başa vurub. ATB-nin yaydığı press-relizdə bildirilir ki, Bankın xalis mənfəəti, gəlirləri, aktivləri, kredit və depozit portfelləri, eləcə də kapital

Unibankın biznes kreditləri 32% artıb – Kredit portfeli 1,5 milyard manatı keçib

"Unibank" Kommersiya Bankı ASC-nin kredit portfeli 2026-cı ilin ilk 9 ayında 223 milyon 604 min manat və ya 17,1% artaraq 1 milyard 528 milyon 236 min manata çatıb. Bankın kredit portfelində ən yüksək artım bizne

"Azər Türk Bank"ın xalis mənfəəti 62% artıb – Aktivləri 2,2 milyard manata yaxınlaşıb

"Azər Türk Bank" ASC (ATB) 2026-cı ilin yanvar-sentyabr aylarını (cari ilin 9 ayını) əsas maliyyə göstəriciləri üzrə artımla başa vurub. Bankın xalis mənfəəti 61,8% artaraq 15 milyon 166 min manata çatıb. Eyni zamanda

ABB-nin aldığı "Davr Bank"da rəhbərlik dəyişib, yeni ad təsdiqlənib

ABB-nin nəzarət paketini aldığı Özbəkistanın "Davr Bank"ında Müşahidə Şurasının bütün tərkibi dəyişdirilib, İdarə Heyətinə isə ABB-nin iki nümayəndəsi sədr müavini təyin olunub. Səhmdarlar bankın adının "AB

"Rabitəbank"ın kredit portfeli 1 milyard manatı ötüb, gəlirləri artıb – Maliyyə nəticələri

"Rabitəbank" ASC-nin 2026-cı ilin ilk 9 ayında vergiyəqədər mənfəəti 13 milyon 756,73 min manat təşkil edib. Bu, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 507,69 min manat və ya 3,8% çoxdur. Bankın faiz gəlirlər

"Yapı Kredi Bank Azərbaycan"ın kredit portfeli 96 milyon manat artıb – Ən böyük artım biznes kreditlərindədir

"Yapı Kredi Bank Azərbaycan" QSC-nin müştərilərə verdiyi kreditlərin ümumi həcmi 2026-cı ilin ilk 9 ayında 95 milyon 913,54 min manat və ya 20,5% artaraq 563 milyon 171,38 min manata çatıb. Bankın kredit portfelind

Yelo Bank 2026-cı ilin 3-cü rübünü artımla başa vurdu

Yelo Bank 2026-cı ilin üçüncü rübünün (yanvar-sentyabr) maliyyə nəticələrini açıqlayıb. Doqquz ay ərzində Bank 17,3 milyon manat xalis mənfəət əldə edib, aktivlərini və kredit portfelini genişləndirib, kapital göstəricilər


iqtisadi xeberler telefonla pul qazanmaq biznes ideyalari bitcoin biznes qurmaq