Avro daha da bahalaşa bilər - GÜNƏ BAXIŞ
Ötən həftənin sonu ABŞ-da inflyasiya göstəricilərinin proqnozlaşdırıldığı kimi geriləməsi dolların kəskin ucuzlaşmasına səbəb oldu. Nəticədə dollar indeksi 101.60 bənd hədlərinə kimi gerilədi. "Ayı"lar eniş tendensiyasını davam etdirə bilsələr, DXY 100 bənd səviyyəsini test edə bilər.
Təhlillərə əsasən Dollar indeksində eniş tendensiya dərinləşərsə, EUR/USD və GBP/USD məzənnələri müvafiq olaraq 1.09$ və 1.23$-a kimi bahalaşa bilərlər.
Eyni zamanda gün ərzində Almaniyada və Kanadada açıqlanacaq inflyasiya göstəriciləri, həmçinin, İngiltərədə dərc olunacaq əmək bazarına dair statistik rəqəmlər, eləcə də, Avrozonada və Almaniyada ZEW İqtisadi Aktivlik İndeksi kimi önəmli məlumatlar investorların diqqət mərkəzində olacaqdır.
Dolların kəskin ucuzlaşması fonunda qızıla tələb artmaqda davam edir. Qiymətli metalın bir unsiya üzrə qiyməti 1915$ həddini qıra bilsə, artım tendensiyası 1925$ və 1942$-a qədər davam edə bilər. Təhlillərə əsasən, 1942$ səviyyəsi əsas psixoloji müqavimət həddi kimi çıxış edir.
Məlumat "İnvest-AZ İnvestisiya Şirkəti" QSC-nin Analitika Departamenti tərəfindən hazırlanıb. / marja.az

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Shopify-da necə satışa başlamaq olar?
Evdə biznes qurmağın yolları
Layihə menecmenti nədir?
CV-nin tərtib edilməsi prinsipləri
Whatsapp biznesin üstünlükləri nələrdir?