Avro niyə ucuzlaşır və bu valyutanın yenidən bahalaşması nə qədər vaxt aparacaq? - AÇIQLAMA

Avro niyə ucuzlaşır və bu valyutanın yenidən bahalaşması nə qədər vaxt aparacaq? - AÇIQLAMAAvronun 20 illik minimuma qədər ucuzlaşması dünya valyuta bazarında narahatlığın yaranması ilə müşaiyət olunur. Uzun illərdir dünyanın ən sabit valyutalarından hesab olunan avronun qisa müddət ərzində ucuzlaşmasını mütəxəssislər bir çox amillərlə əlaqələndirirlər. Bəs görəsən avro niyə ucuzlaşır və bu valyutanın yenidən bahalaşması nə qədər vaxt aparacaq?
Mövzunu KONKRET.az-a şərh edən iqtisadçı ekspert Rəşad Həsənov bildirib ki, pandemiya dövründə avrozonada iqtisadiyyatın böyümə tempinin aşağı düşməsi ilə avronun zəifləməsi prosesi başladı: "Daha sonra isə növbəti ciddi zərbə Rusiya-Ukrayna konflikti oldu. Çünki müharibə artıq avrozonanın sərhədlərində gedir və proses Qərbin Rusiyaya qarşı sanksiyaları ilə müşaiyət olunur. Sanksiyalar isə təbii ki, birtərəfli təsirə malik deyil. Bunun Avropa iqtisadiyyatı üçün bir bədəli mövcuddur. Bu da avrozona üçün resessiya (İqtisadi geriləmə) risklərinin yüksəlməsi ilə nəticələndi. Avrozonanın gələcək taleyi ilə bağlı investorlarda müəyyən suallar yaranır və onlar son nəticədə bu valyutaya yatırım etməkdən qismən də olsa çəkinirlər. Təbii ki, FED-in apardığı siyasətin də avronun ucuzlaşmasına təsiri danılmazdır. FED-in uçot dərəcəsini artırması və sərt manitar siyasət yeritməsi sonda dolların dünya bazarında möhkəmlənməsini şərtləndirir. Bu da bütövlükdə yığım valyuta növü kimi dolların satışını gücləndirir. Nəticədə avronun ucuzlaşması istiqamətindəki proseslər dərinləşir".
Avro niyə ucuzlaşır və bu valyutanın yenidən bahalaşması nə qədər vaxt aparacaq? - AÇIQLAMAİqtisadçının sözlərinə görə, Avropa Mərkəzi Bankı nisbətən daha ehtiyyatlı davranır: "Yəni FED və digər mərkəzi banklara nisbətən prosesə ləng reaksiya verir. Bu ləng reaksiyanın özü də avronun ucuzlaşması üçün daha əlverişli zəmin formalaşdırır. Avropa Mərkəzi Bankı indiki halda bazara daha sərt siqnallar verməlidir. Manitar siyasətin sərtləşməsi ilə bağlı görülən tədbirlər planının detalları açıqlanmalıdır. Əlbəttə ki, digər məsələ Rusiya-Ukrayna konfliktinin hansı istiqamətdə cərəyan edəcəyi ilə bağlıdır. Bugünkü şərtlər daxilində hələlik bazar iştirakçıları ehtiyyatlı davranmağa çalışacaqlar. Bu da təbiidir. Yəni özünü müdafiə instinktidir. Düşünmürəm ki, avronun ucuzlaşması prosesi daha da dərinləşsin. Avro təxminən ilk yaradıldığı dövrdə dollara olan məzənnəsi səviyyəsində qalacaq. Bundan sonra kiçik dalğalanmalar ola bilər. Ancaq dayanıqlı məzənnə itkisini müşahidə etməyəcəyik. Amma avronun bahalaşması da çox zaman ala bilər. Bu, hazırkı geosiyasi vəziyyətdən və 2022-2023-cü illərdə avrozona iqtisadiyyatının göstərəcəyi performansdan asılı olacaq".
Müşviq Tofiqoğlu,
KONKRET.az

Xəbərlər     Tarix: 22 sentyabr 2022

Oxşar xəbərlər

Dövlət qulluğunda vakant vəzifələr üzrə yeni qayda - müddət 1 il olacaq

Dövlət qulluqçusu hesab olunmayan şəxslərlə vakant vəzifə ilə bağlı müddətli əmək müqaviləsinin müddəti 1 ildən çox ola bilməz. Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Dövlət Qulluğu Məcəlləsini

Bu şəxslərin pensiyası ARTIRILDI

1300-dən çox işləyən pensiyaçının pensiyası 6 il işlədikdən sonra proaktiv qaydada yenidən hesablanaraq artırılıb. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, yaşa gör

Dövlət qulluqçuları artıq sertifikat imtahanı verməyəcək - Yeni qayda açıqlanıb

Yeni hazırlanan Dövlət Qulluğu Məcəlləsinin layihəsində dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi məqsədilə növbəti sertifikat almaq üçün imtahan vermək tələbi əksini tapmayıb. xəbər verir ki, bunu APA-ya açıqlamasınd

Pul köçürmələrində yeni hədd aylıq 50 min manata qaldırıldı

Maliyyə Monitorinqi Xidməti (MMX) elektron köçürmələrin hesabatlandırılması qaydasını yenidən dəyişib. Bu barədə MMX-nin 25 sentyabr 2026-cı il tarixli qərarına istinadən xəbər verir. Yeni qərara əsasən, maliyyə institutlarını

Startaplar üçün yeni vergi güzəştləri olacaq

2027-ci il yanvarın 1-dən 10 il müddətinə iştirak payı və ya səhm mikro və kiçik sahibkarlıq subyekti olan "Startap" şəhadətnaməsi və ya texnologiyalar parkının qeydiyyat şəhadətnaməsini almış və digər fəaliyyətl

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti 121 dollardan yuxarı ticarət olunub. xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,07 ABŞ dolları azalaraq 121,08 ABŞ dollarına düşüb

Gömrük qaydalarında dəyişiklik: Baş nazirdən yeni qərar

"Verildiyi, dayandırıldığı, bərpa və ya ləğv edildiyi barədə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə məlumat göndərilməli olan lisenziyaların və icazələrin Siyahısı"nda dəyişiklik olunub. xəbər veri

Minimum əməkhaqqı ilə bağlı - YENİLİK GÖZLƏNİLİR

Ötən il Əmək Məcəlləsinə minimum əməkhaqqı məbləğinə hər il azı bir dəfə yenidən baxılmasına dair yeni müddəa əlavə olunub. Bu isə minimum əməkhaqqının 2027-ci il üçün artacağı ehtimalını yaradır. xəbər verir ki, Milli Məclisi

Dövlət qulluqçusu artıq işləsə, əlavə pul alacaq

Dövlət qulluqçularının iş vaxtı və əlavə işə görə ödəniş mexanizmi Dövlət Qulluğu Məcəlləsinin layihəsində ayrıca göstərilib. xəbər verir ki, layihəyə əsasən, dövlət qulluğunda normal qulluq vaxtı həftədə 40 saat müəyyə


iqtisadi xeberler dollar mezenne iqtisadiyyat xeberleri valyuta mezennesi dollarin kursu bu gun