Avro ucuzlaşa bilər - GÜNƏ BAXIŞ
Çərşənbə günü Avrozonada və İngiltərədə açıqlanan İstehlak Qiymətləri İndeksinin proqnozlaşdırıldığı kimi azalması fonunda İngiltərə və Avropa Mərkəzi Banklarının monetar siyasətlərini yumşaldacağı ehtimallarının daha da artması dolların qiymətlərinə bir qədər dəstək oldu. Nəticədə dollar indeksi 102.50 bənd hədlərinə kimi yüksəldi.
Təhlillərə əsasən "Buğa"lar DXY-ın qiymətini 103.50 bənd həddinin üzərinə qaytara və bu səviyyənin üzərində saxlaya bilsələr, EUR/USD və GBP/USD məzənnələrində ucuzlaşma yaşana bilər.
İllik 12.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
Dolların ucuzlaşması fonunda qızıla tələb artmaqda davam edir. Qiymətli metalın bir unsiya üzrə qiyməti 1912$ həddini qıra bilsə, artım tendensiyası 1921$ və 1930$-a qədər davam edə bilər. Təhlillərə əsasən, 1942$ səviyyəsi əsas psixoloji müqavimət həddi kimi çıxış edir.
Məlumat "İnvest-AZ İnvestisiya Şirkəti" QSC-nin Analitika Departamenti tərəfindən hazırlanıb. / marja.az
FED faiz qərarını açıqladı
Federal Ehtiyat Sistemi (FED, ABŞ Mərkəzi Bankı) əsas faiz dərəcəsi ilə bağlı qərarını açıqlayıb. xəbər verir ki, Mərkəzi bankın rəsmiləri baza faiz dərəcəsini 3,5%–3,75% diapazonunda saxlamaq qərarına gəliblər. FED 2025-c
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
() İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə ABŞ-İran gərginliyi 1-5 iyun həftəsində bazarlarda risk aktivləri üzərnd
Alıcılara 8 ayda 169 milyon manatdan çox ƏDV qaytarılıb
2026-cı ilin yanvar – avqust ayları ərzində ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisn
OpenAI, Zoom və Zoho Azərbaycanda vergi uçotuna düşdü
Azərbaycanda rəqəmsal iqtisadiyyatın vergiyə cəlb edilməsi və bu sahədə vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) elektro