Avronun daha da bahalaşacağı nəzərdə tutulur - GÜNƏ BAXIŞ
"S&P Global" tərəfindən açıqlanan yanvar ayı istehsal, xidmətlər və kompozit PMI göstəriciləri ABŞ-da iqtisadi aktivliyin azalmasının davam etdiyinə işarə edib.
ABŞ Maliyyə Naziri Janet Yellen də federal hökumətin 31,4 trilyon dollarlıq borc limitinə çatması səbəbindən ölkənin defoltunun qarşısını almaq üçün yeni tədbirlərin görülməsinin vacibliyinin zəruriliyi haqqında açıqlamalarından sonra Amerikada resessiya ehtimalları yüksəlmiş, eləcə də FED-in fevral toplantısında uçot dərəcələrini ən çoxu 0,25% artıracağına inananların sayı daha da artmışdır. Bu isə öz növbəsində dollar üzərində də təzyiqlərin artmasına səbəb olmuşdur.
İllik 12.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
Təhlillərə əsasən hazırda 101.50 bənd hədlərinə qərarlaşan Dollar İndeksi 100 bənd hədlərinə kimi geriləyə bilər. Bu da EUR/USD və GBP/USD məzənnələrinin müvafiq olaraq 1.10$ və 1.25$ səviyyələrinə kimi bahalaşamasına səbəb ola bilər.
Dolların ucuzlaşması fonunda qızıla tələb artmaqda davam edir. Qiymətli metalın bir unsiya üzrə qiyməti 1935$ həddinin üzərində möhkəmlənə bilsə, artım tendensiyası 1942$ və 1950$-a qədər davam edə bilər. Təhlillərə əsasən, 1942$ səviyyəsi əsas psixoloji müqavimət həddi kimi çıxış edir.
Məlumat "İnvest-AZ İnvestisiya Şirkəti" QSC-nin Analitika Departamenti tərəfindən hazırlanıb. / marja.az

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Shopify-da necə satışa başlamaq olar?
Evdə biznes qurmağın yolları
Layihə menecmenti nədir?
CV-nin tərtib edilməsi prinsipləri
Whatsapp biznesin üstünlükləri nələrdir?