Avropa İttifaqı 2023-cü ildə Rusiyadan €30 mlrd. dəyərində qaz və neft alıb
Avropa İttifaqı 2023-cü ildə Rusiyadan 30 milyard avro dəyərində neft və qaz alıb ki, bu da 2022-ci illə müqayisədə 2.9 dəfə azdır. Bu barədə "Eurostat" agentliyinin məlumatında deyilir.
Statistikalar göstərdi ki, ötən il Rusiya Federasiyasından Aİ-yə mal idxalı 50 milyard avronu, ixrac isə 38.3 milyard avronu keçib.
Qeyd olunur ki, 2022-ci ildə Avropa İttifaqı ölkələrinin Rusiya ilə ticarət dövriyyəsi 90 milyard avrodan çox olub, həmin dövrdə neftin bir barelinin qiyməti orta hesabla 100 dollar olub. Eyni zamanda, 2021-ci il dövrünə nisbətən Rusiya Federasiyası ilə Aİ arasında qarşılıqlı ticarət dövriyyəsi 2.8 dəfə azalıb.
Eyni zamanda, KİV Ukrayna hökumətindəki mənbələrə istinadən yazır ki, Ukrayna 2024-cü ildən sonra Rusiya qazının öz ərazisindən Avropaya tranziti ilə bağlı sazişin müddətini uzatmağı planlaşdırmır.
Bundan əvvəl Rusiya büdcəsinin neft və qazdan gələn gəlirlərinin sanksiyalara görə dörddə bir azaldığı bildirilib. / banker.az

AMB: Kommersiya banklarını birləşməyə məcbur etmirik
Vergi borcu yaranan keytrinq şirkəti – MÜFLİS OLDU
Mərkəzi "Bank Respublika" - "AccessBank" sövdələşməsinin bank sektoruna təsirini açıqlayıb
"Prior Credit" BOKT ASC nizamnamə kapitalını 48% artıraraq 3,1 milyon manata çatdırıb
Mcdonalds françayzinqi neçiyədir?
Bill Qeyts kimdir?
Marketinq nə demədir?
Cash Back nədir?
Ev şəraitində pul qazanmağın yolları