Avropa Komissiyası "TikTok Lite" tətbiqini bloklamağı nəzərdən keçirir
Avropa Komissiyası "TikTok Lite" tətbiqi ilə bağlı rəsmi araşdırmaya başlayıb. Avropa Komissiyasının fikrincə, onun bir sıra funksiyaları istifadəçilərdə, xüsusən də uşaqlarda ondan asılılığın yaranmasına səbəb olur. Cavab qənaətbəxş olmasa, növbəti gündən etibarən tətbiq Aİ-də bloklana bilər.
Qeyd edək ki, "TikTok Lite" – "TikTok" sosial şəbəkəsinin yüngülləşdirilmiş versiyasıdır. O, istifadəçilərin şəxsi məlumatlarından demək olar ki, istifadə etmir və mobil cihazlarda az yer tutur.
"TikTok Lite"ın funksiyalarından biri istifadəçilərə videolarda baxış sayı, platformaya müntəzəm səfərlər və s. əsasında müxtəlif tapşırıqları yerinə yetirdiklərinə görə pul mükafatı verməsidir. Avropa Komissiyası hesab edir ki, bu, istifadəçiləri tətbiqdə daha çox vaxt keçirməyə həvəsləndirir, nəticədə asılılığa gətirib çıxarır. Avropa Komissiyası bu tətbiqi "toksik və asılılıq yaradan" adlandırıb.
Bu, bu ilin əvvəlindən bəri Avropa Komissiyasının "TikTok"la bağlı apardığı ikinci rəsmi araşdırmadır. Tənzimləyicinin fevral ayında başladılan ilk araşdırması platformanın azyaşlı istifadəçiləri zərərli məzmundan qorumaq üçün kifayət qədər iş görüb-görmədiyi ilə bağlı olub. Söhbət Rəqəmsal Xidmətlər Qanununun mümkün pozuntularından gedir. / banker.az
Azərbaycan nefti ucuzlaşıb
Dünya bazarında "Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin 1 barelinin qiyməti 0.07 ABŞ dolları və ya 0.07% azalaraq 95.5 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizi
Toyuq əti istehsalında kəskin artım - Necə olacaq?
Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının məlumatı: . Azərbaycan quş qripindən azad ölkə statusunda: Quşçuluq sektoru bundan nə qazanır?. Son illərdə Azərbaycanın qeyri-neft sektorunda davaml
Ölkədə orta aylıq əməkhaqqı 7% artıb
Bu ilin yanvar-iyun aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı məbləği 1 174,4 manat təşkil edib. Azərbaycanda orta əməkhaqqı bir ayda 2.9 manat artıb. bu barədə Dövlət Statistika Komitəsin
Bu tarixlərdə ardıcıl olaraq 4 gün İŞ OLMAYACAQ
Azərbaycanda noyabr ayında ardıcıl 4 gün qeyri-iş günü olacaq. xəbər verir ki, 8 Noyabr Zəfər Günü, 9 Noyabr isə Dövlət Bayrağı Günüdür. Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, 8 Noyabr baza
Bu şəxslərin pensiyası ARTIRILDI
1300-dən çox işləyən pensiyaçının pensiyası 6 il işlədikdən sonra proaktiv qaydada yenidən hesablanaraq artırılıb. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, yaşa gör
Əczaçılıq məhsullarının idxalına çəkilən xərc azalıb
Azərbaycan 424,755 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib. xəbər verir ki, göstərici 2025-ci ilin yanvar-oktyabr aylarına məxsusdur. Dövlət Gömrük Komitəsinə istinadən verilən xəbərə görə, bu, 2024-c