Avropa ölkələri Azərbaycan qazının idxalına nə qədər pul xərcləyib? – RƏQƏMLƏR
Avropa İttifaqı (Aİ) ölkələri – İtaliya, Yunanıstan və Bolqarıstan 2023-cü ilin fevral ayında Azərbaycandan 611,322 milyon avro dəyərində təbii qaz idxal edib.
KONKRET.az bildirir ki, "Avrostat"dan "İnterfaks-Azərbaycan" agentliyinə verilən məlumata görə, 2022-ci ilin fevral ayında Azərbaycandan Aİ ölkələrinə ixrac olunan qazın dəyəri 701,642 milyon avro, 2023-cü ilin yanvar ayında 1 milyard 6,9 milyon avro təşkil edib.
Beləliklə, İtaliya, Yunanıstan və Bolqarıstanın Azərbaycandan qaz alışı üçün xərcləri illik müqayisədə 12,9%, 2023-cü ilin yanvar ayı ilə müqayisədə 39,3% azalıb. "Avrostat"ın məlumatına görə, 2022-ci ildə Aİ ölkələri Azərbaycandan 15 milyard 598 milyon 852,881 min avro dəyərində (il ərzində artım 4 dəfə) təbii qaz idxal edib.
2022-ci ildə Azərbaycan qaz ixracını 18% – 22,3 milyard kubmetrə qədər artırıb, Avropaya 11,4 milyard kubmetr qaz (+39%) ixrac edilib.
2023-cü ildə Azərbaycandan qaz ixracı 24,5 milyard kubmetr həcmində planlaşdırılır, bunun 12 milyard kubmetrə qədəri Avropaya nəql olunacaq.//Azpost.info

Dünyanın ən gözlənilməz iqtisadi uğur hekayəsi — Şimali Koreya
TuranBank Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) ilə 15 milyon ABŞ dolları həcmində niyyət bəyannaməsi imzalayıb
Yelo Bank gənc xanımların mentorluq proqramının məzun gününə ev sahibliyi edib
Gürcüstandan Azərbaycandakı əhaliyə pul transferləri 53% artıb
Hindistanın kosmik inqilabı: startaplar qlobal yarışın qaydalarını dəyişir
ABB istiqrazlarına yüksək investor marağı davam edir: sifarişlər təklifi 2 dəfə üstələdi
TuranBank-ın İH Sədri İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında spiker qismində çıxış edib
Rabitəbank İslam İnkişaf Bankı Qrupuna daxil olan İslam Ticarət Maliyyə Korporasiyası ilə 10 milyon ABŞ dolları məbləğində maliyyələşmə sazişi imzalay
Düyü böhranı: məşhur kənd təsərrüfatı bitkisi planetə niyə zərər verir?
Mərkəzi Bank "Baku Pay" və "Fizza Pay" şirkətlərinə icrası məcburi göstəriş verib
Kriptovalyuta nədir?
Amazonda satış etmək üçün bilməli olduqlarınız
Start-up nədir?
Green Card nədir və onu necə əldə etmək olar?
Biznes qurmaq istəyənlərə 10 sadə məsləhət