Avropa Parlamenti süni intellekt haqqında qanun qəbul edib

Avropa Parlamenti süni intellekt haqqında qanun qəbul edibAvropa Parlamenti süni intellektdən istifadəni tənzimləyən qanunu təsdiqləyib. Qanunun lehinə 523 deputat, əleyhinə 46 deputat səs verib, 49 deputat isə bitərəf qalıb. Bu, dünyada ilk belə miqyaslı "qaydalar toplusudur", Banker.az bu barədə Forbes-ə istinadən xəbər verir.
Təşəbbüsün məqsədi "fundamental hüquqları, demokratiyanı, qanunun aliliyini və ekoloji dayanıqlığı yüksək riskli süni intellektdən qorumaq, o cümlədən innovasiyaları stimullaşdırmaq və Avropanı bu sahədə lider kimi təsdiq etməkdir".
Akt süni intellektə əsaslanan texnologiyalara risk kateqoriyalarının veriləcəyini nəzərdə tutur: qəbuledilməz (bu halda texnologiya qadağan olunacaq), yüksək, orta və aşağı. Avropa Parlamentinin məlumatına görə, yeni qanuna əsasən, real vaxt rejimində üz tanıma (RBI), iş yerində və məktəblərdə emosiyaları tanıma, sosial qiymətləndirmə və insan davranışını manipulyasiya edən və ya onun zəifliklərindən istifadə edən süni intellekt texnologiyaları qadağan ediləcək.
Akt hələ də Avropa Şurası tərəfindən təsdiqlənməlidir. Onun mayın sonunda qüvvəyə minməsi gözlənilir. Avropa Parlamentinin sədri Roberta Metsola bildirib ki, qanun Aİ vətəndaşlarının fundamental hüquqlarını qorumaqla yanaşı, innovasiyaları təşviq edəcək.

Xəbərlər     Tarix: 14 mart 2024

Oxşar xəbərlər

Paytaxtda mənzillərin qiyməti artır? - VİDEO

Daşınmaz əmlak bazarında qiymət artımı davam edir. -ın "Xəzər" TV-yə istinadən yaydığı məlumata görə, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, bahalaşma xüsusilə sahəsi kiçik olan mənzillərd

Bu şəxslərin pensiyası ARTIRILDI

1300-dən çox işləyən pensiyaçının pensiyası 6 il işlədikdən sonra proaktiv qaydada yenidən hesablanaraq artırılıb. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, yaşa gör

Böyük Britaniyanın sənaye istehsalı ən kəskin şəkildə azalıb

Böyük Britaniyanın istehsal sektoru noyabr ayının sonunda bitən üç ayda 2020-ci ilin avqust ayından bəri ən kəskin azalma qeydə alıb. İstehsalın azalması gələn həftənin illik büdcəsi öncəsi qeyri-müəyyənlikdən qaynaqlanıb

"Meta" Azərbaycanda vergi qeydiyyatına alınır

"Meta" Azərbaycanda vergi qeydiyyatından keçir". xəbər verir ki, bu barədə texnobloqer Fərid Pərdəşünas paylaşım edib. O bildirib ki, artıq reklamverənlər reklam hesablarında VÖEN-lərini göstərərək hazırd

Çin mənzil bazarını canlandırmaq üçün yeni tədbirlər görür

Çin, maliyyə sistemini təhdid edə biləcək daha da zəifləmə ilə bağlı narahatlıqlarla mübarizə aparan mənzil bazarını canlandırmaq üçün yeni tədbirləri nəzərdən keçirir. xəbər verir ki, məsələ ilə tanış olan insanların sözlərin

Media subyektləri üçün vergi güzəştinin müddəti uzadılır

Azərbaycanda media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Vergi Məcəlləsinə təklif edilən dəyişiklik zamanı əksini tapıb

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti 121 dollardan yuxarı ticarət olunub. xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,07 ABŞ dolları azalaraq 121,08 ABŞ dollarına düşüb

Ölkədə orta aylıq əməkhaqqı 7% artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı məbləği 1 174,4 manat təşkil edib. Azərbaycanda orta əməkhaqqı bir ayda 2.9 manat artıb. bu barədə Dövlət Statistika Komitəsin

Azərbaycanda bəzi məhsullar dövriyyədən çıxarılacaq - YENİ QAYDALAR

Texniki tənzimləməyə aid olan hər hansı malın insan üçün təhlükə yaratdığı müəyyən edilərsə, həmin məhsulun bazarda qalmasına icazə verilməyəcək. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye v


iqtisadi xeberler biznes xeberleri kripto bitkoin qiymeti internetden pul qazanmaq