Avropada insanlar bu qışı soyuqdan donmayacaqlar, bəs Ukraynada? - Ekspertdən PROQNOZ

Avropada insanlar bu qışı soyuqdan donmayacaqlar, bəs Ukraynada? - Ekspertdən PROQNOZAvropa İttifaqı ölkələrində qışa hazırlıq çərçivəsində yeraltı qaz anbarlarının dolumluluq səviyyəsi orta hesabla 95 faizi ötüb. Bu barədə Avropanın qazın nəqli sistemləri operatorları assosiasiyası məlumat yayıb. Məlumata görə, hazırda qeyd olunan göstərici 95,02 faiz təşkil edir və Avropanın yeraltı qaz anbarlarında olan ümumi qazın həcmi 103 milyard kubmetr səviyyəsindədir. Maraqlıdır, görəsən, bu səviyyə Avropa ölkələrinin qışdan üzüağ çıxmasına imkan verəcəkmi?
Mövzunu KONKRET.az-a şərh edən iqtisadçı Əkrəm Həsənov bildirib ki, Avropada insanlar bu qışı soyuqdan donmayacaqlar. Yəni belə hal yaşanmayacaq: "Çünki Avropa dövlətləri, Qərb mədəniyyəti və sivilizasiyası ilk növbədə insan haqqlarına qiymət verir. Yəni Qərbdə sistem bu cür qurulub. Təbii ki, müəyyən itkilərə gedəcəkləri qaçılmazdır. Amma insanların donmağına imkan verməyəcəklər. Əlbəttə ki, Avropa iqtisadiyyatı bundan zərər görəcək. Çünki qazı hara yönəltmək məsələsi ortaya çıxır. Mavi yanacağın iqtisadiyyata, yaxud təsərrüfat subyektlərinə yönəldilməsi ilə bağlı konkret fikirlər yoxdur. Eyni zamanda bəzi təsərrüfat subyektlərinin fəaliyyətinin dayandırılaraq qazın yaşayış binalarına verilməsi ilə bağlı da birmənalı fikir səsləndirilmir. Amma hər bir halda Avropa dövlətləri üçün insan faktoru önəmlidir və onların ilk növbədə əhalini mavi yanacaqla təmin edəcəkləri şübhəsizdir".
Avropada insanlar bu qışı soyuqdan donmayacaqlar, bəs Ukraynada? - Ekspertdən PROQNOZƏkrəm Həsənovun sözlərinə görə, Avropa qaz probleminə görə iqtisadi zərərlə üzləşib və bu proses davam edəcək: "Amma insanların soyuqdan donmasına imkan verilməyəcək. Ukraynada isə bu cür təhlükə mövcuddur. Yəni orada olan vətəndaşların soyuqdan donma ehtimalı böyükdür. Bu səbəbdən Ukrayna hökuməti xaricdə olan vətəndaşlarına qış vaxtı ölkəyə qayıtmamağı tövsiyə edir. Hətta ölkədə qalan vətəndaşları da imkan daxilində qışı başqa dövlətlərdə keçirməyə çağırır. Hər bir halda Qərbin Rusiyadan qaz asılılığı bitmək üzrədir. Rusiya ilə əməkdaşlıq bu istiqamətdə böyük ehtimalla davam edəcək. Amma bu, indiki yox, Rusiyada hakimiyyətə gələcək yeni hökumətlə mümkündür. Hakimiyyət dəyişəndə isə Rusiya özü daha çox Qərbdən asılı vəziyyətə düşəcək. Ukraynada etdiyi hərəkətlər Rusiyanı buna doğru aparır. Qərbin iqtisadiyyatı isə kifayət qədər güclüdür".
Müşviq Tofiqoğlu,
KONKRET.az    

Xəbərlər     Tarix: 04 noyabr 2022

Oxşar xəbərlər

Bu şəxslərin pensiyası yenidən artacaq

"2026-cı ildə pensiyaların əlavə olaraq artırılması pensiya yaşına çatdıqdan sonra əmək fəaliyyətini davam etdirən və bu il iş stajının altı ili tamam olan vətəndaşlara şamil ediləcək". Bunu Milli Məclisin İqtisad

Azərbaycan qızıl istehsalını yüksəldib

Azərbaycan 2025-ci ilin ilk 10 ayında qızıl istehsalı həcmini 2 593 kiloqrama yüksəldib. xəbər verir ki, bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. İstehsal edilmiş qızıl öncəki ili 20 faiz üstələyib. Qeyd edə

Aviabiletlər əlçatan olacaq: Azərbaycana aşağıbüdcəli aviaşirkətlər cəlb ediləcək

Azərbaycanda hava gəmisi istismarçılarının uçuş coğrafiyasının genişləndirilməsi, mövcud destinasiyalar üzrə uçuş tezliyinin, həmçinin aviabilet qiymətlərinə əlçatanlığın artırılması və regional hava limanlarının potensialında

"Vita Milk" MMC-nin Rusiyadan gətiridiyi yağlarda uyğunsuzluq aşkarlandı - GERİ QAYTARILDI

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) apardığı nəzarət tədbirləri zamanı "Vita Milk" MMC tərəfindən idxal olunan bitki tərkibli spred yağı məhsulundan nümunələr götürülərək müayinə edilib. xəbər verir ki, bu barəd

Çin mənzil bazarını canlandırmaq üçün yeni tədbirlər görür

Çin, maliyyə sistemini təhdid edə biləcək daha da zəifləmə ilə bağlı narahatlıqlarla mübarizə aparan mənzil bazarını canlandırmaq üçün yeni tədbirləri nəzərdən keçirir. xəbər verir ki, məsələ ilə tanış olan insanların sözlərin

Əczaçılıq məhsullarının idxalına çəkilən xərc azalıb

Azərbaycan 424,755 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib. xəbər verir ki, göstərici 2025-ci ilin yanvar-oktyabr aylarına məxsusdur. Dövlət Gömrük Komitəsinə istinadən verilən xəbərə görə, bu, 2024-c

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında "Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin 1 barelinin qiyməti 0.07 ABŞ dolları və ya 0.07% azalaraq 95.5 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizi

ABŞ-da bağlanmanın yaratdığı məlumat boşluğu sentyabr məşğulluq hesabatı ilə sona çatır

Bazarlar ABŞ-ın sentyabr ayı üçün məşğulluq hesabatına diqqət yetirir. Hesabat, tarixdə ən uzun müddət davam edən federal hökumətin bağlanması səbəbindən vaxtında açıqlanmayıb. xəbər verir ki, dövlət və özəl sektorda ümum

"Meta" Azərbaycanda vergi qeydiyyatına alınır

"Meta" Azərbaycanda vergi qeydiyyatından keçir". xəbər verir ki, bu barədə texnobloqer Fərid Pərdəşünas paylaşım edib. O bildirib ki, artıq reklamverənlər reklam hesablarında VÖEN-lərini göstərərək hazırd


iqtisadi xeberler biznes ideyalari rubl mezenne biznes xeberleri valyuta kurslari