Avropada qazın qiyməti düşməyə davam edir
Avropada bugünkü hərracda qazın qiyməti fevralın 16-dan bəri ilk dəfə 1 000 kubmetr üçün 800 dollardan aşağı düşüb.
KONKRET.az xəbər verir ki, bu barədə ICE London Birjasının məlumatında deyilib.
Günün əvvəlindən ümumi qiymət azalması 16 % təşkil edib.
Niderlandın TTF habında yanvar fyuçerslərinin dəyəri 1000 kubmetr üçün 791,3 dollara və ya MVt/saat üçün 71,66 avroya (cari avro/ABŞ dolları məzənnəsinə əsasən, ICE qiymətləri MVt/saat üçün EUR ilə təqdim olunur) düşüb.
Qeyd edək ki, Avropada isti hava fonunda qaz qiymətləri azalır. Aİ ölkələrinin əksəriyyətində bu həftə havanın temperaturu iqlim göstəricilərindən yüksək olaraq qalır ki, bu da nəinki saxlanclardan qazın çıxarılmasının azalmasına, həm də onların doldurulmasının rekord həddə qədər artmasına səbəb olub.//Report
Əczaçılıq məhsullarının idxalına çəkilən xərc azalıb
Azərbaycan 424,755 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib. xəbər verir ki, göstərici 2025-ci ilin yanvar-oktyabr aylarına məxsusdur. Dövlət Gömrük Komitəsinə istinadən verilən xəbərə görə, bu, 2024-c
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti 121 dollardan yuxarı ticarət olunub. xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,07 ABŞ dolları azalaraq 121,08 ABŞ dollarına düşüb
Pensiyaların ödəniləcəyi TARİX AÇIQLANDI
Avqustun 14-də Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda bu ay üzrə pensiya ödənişlərinin həyata keçirilməsi planlaşdırılır. -ın məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyind
Vergi borcunu ödəməkdə çətinlik çəkənlərə GÜZƏŞT
2027-ci ildə Azərbaycanda vergi inzibatçılığının gücləndirilməsi ilə yanaşı, vergi ödəyicilərinə münasibətdə daha yumşaq yanaşmaların tətbiqi də nəzərdə tutulur. xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi layihəsind