Avropanın iki ölkəsinə TAP vasitəsilə əlavə qaz tədarük olunacaq
2026-cı ildən etibarən Trans-Adriatik boru kəməri (TAP) ilə əlavə olaraq 1,2 milyard kubmetr qaz nəql ediləcək ki, bunun 1 milyard kubmetri İtaliyaya, 200 milyon kubmetr isə Albaniyaya tədarük olunacaq.
Bu barədə İtaliya mediasında bildirilib.
Məlumata görə, əlavə həcmin birinci partiyası 2026-cı ildən 2028-ci ilin dekabrına qədər, ikinci partiya isə 2026-cı ilin oktyabr ayından 2033-cü ilin sentyabr ayınadək tədarük olunacaq. Beləliklə, infrastrukturun ilk modernizasiyası 2025-ci ilin sonunadək həyata keçiriləcək.
"Bu ilk 1.2 milyard kubmetrin bir milyardı İtaliyaya, yerdə qalan 200 milyon kubmetr isə Albaniyaya nəql olunacaq", – deyə İtaliya mediası xəbər verir.
TAP-ın ötürücülük qabiliyyəti yeni borular çəkmədən, yalnız Yunanıstan və Albaniyaya qazın kompressiya gücünü artırmaq hesabına və İtaliyada minimal müdaxilərlə mümkün olacaq.
Qeyd edək ki, Azərbaycan Avropaya qaz tədarükünü 31 dekabr 2020-ci ildə başladıb. Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan Trans-Adriatik qaz kəməri (TAP) vasitəsilə kommersiya istismarı başladıqan sonra ümumilikdə 22 milyard kubmetr qaz nəql olunub. Bu il Azərbaycan Avropaya 12 milyard kubmetr qaz ixrac etməyi planlaşdırır. / banker.az

AMB: Kommersiya banklarını birləşməyə məcbur etmirik
Mərkəzi "Bank Respublika" - "AccessBank" sövdələşməsinin bank sektoruna təsirini açıqlayıb
"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
"Prior Credit" BOKT ASC nizamnamə kapitalını 48% artıraraq 3,1 milyon manata çatdırıb
Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - QƏRAR
"Bank of America" FED-dən bu il daha iki faiz artımı gözləyir
Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda "Money20/20 Middle East" tədbirində təqdim edib
Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: "Biznesdə birlikdə" proqramına start verildi
Necə Bitcoin almaq olar?
Biznes qurmaq istəyənlərə 10 sadə məsləhət
Start-up nədir?
Biznes planı necə yazmaq lazımdır?
IMEI kod nədir?