"Avrora" "Best Managed Companies" müsabiqəsinin - QALİBİ SEÇİLİB
"Deloitte" audit şirkətinin apardığı araşdırmalar nəticəsində "Best Managed Companies" müsabiqəsinin qalibləri müəyyən edilib.
"Avrora MMC" aztəminatlı ailələrə bayram sovqatı çatdırıb - FOTOLAR
FED.az xəbər verir ki, qaliblər idarəetmənin dörd əsas prinsipinə görə müəyyənləşdirilib. "Avrora" MMC "Strategiyanın uyğunlaşdırılması və həyata keçirilməsi", "İnsan kapitalının inkişafı", "İnsan kapitalının cəlb edilməsi, liderlik" və "Maliyyə idarə edilməsi" göstəricilərinə görə ilin şirkətlərindən biri seçilib. Qeyd edək ki, müsabiqə meyarları beynəlxalq fəaliyyətdə olan "Deloitte" şirkətinin 30 il ərzində dünya şirkətlərində apardığı araşdırmalar əsasında müəyyən olunub.
Araşdırma nəticələrinin dəyərləndirilməsi beynəlxalq standartlar çərçivəsində və biznes aləmində nüfuzlu, müstəqil münsiflər heyəti tərəfindən qiymətləndirilir. Münsiflər eyni zamanda şirkətlərin ümumi biznes nəticələrini, korporativ sosial məsuliyyət strategiyasını və dayanıqlı inkişafını, həmçinin bu istiqamətdə nümayiş etdirdiyi səyləri dəyərləndirirlər.
30 ildir ki, Azərbaycan milli iqtisadiyyatına dəyər qatan "Avrora" MMC qida təhlükəsizliyimizin təmin olunmasında əməli addımlar atır, qida məhsullarının istehsalını və idxalını həyata keçirir.
Qeyd edək ki, "Best Managed Companies" mükafat proqramı 1993-cü ildə Kanadada yaranıb və bu günə kimi dünyanın 37 ölkəsində uğurla həyata keçirilir və ən nüfuzlu biznes mükafatı proqramı kimi tanınır. Azərbaycan və Kanadadan başqa, hal-hazırda bu layihə 37 ölkədə: Çin, ABŞ, cənub-şərqi Asiya, Niderland, Belçika, Almaniya, Danimarka, Çexiya, İtaliya, İsveç, Norveç, Türkiyə, Meksika, Çili və digər ölkələrdə həyata keçirilir.

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Dövlət şirkətinin əmlak satışlarının müsabiqə vaxtı uzadıldı
ING: Azərbaycan Mərkəzi Bankı 2027-ci ildə uçot dərəcəsini sabit saxlayacaq
Onlayn biznes növləri
Biznes qurmaq istəyənlərə 10 sadə məsləhət
Biznesə aid ən yaxşı 10 kitab
Onlayn biznes ideyaları
Dizaynerlər üçün TOP-5 Freelance sayt