"Avrora" gənclərin təhsilinə belə - TÖHFƏ VERƏCƏK
Azərbaycanda qeyri neft sektorunun inkişafı, eləcə də qida emalı sənayesində peşə təhsilli kadrların yetişdirilməsi üçün növbəti memorandum imzalanıb.
FED.az xəbər verir ki, Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) dəstəyi ilə "Azərbaycanda bacarıqlara və məşğulluğa çıxışın təmin edilməsi" layihəsi çərçivəsində Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi və "Avrora" MMC arasında sənayenin tələblərinə uyğun kadr hazırlığının dəstəklənməsi məqsədilə Anlaşma memorandumu imzalanıb.
"Avrora" MMC Peşə Təhsili üzrə Dövlət Agentliyi, EBRD və "SustainEra" birgə tərəfdaşlığı çərçivəsində həyata keçirilən layihə nəticəsində spesifik istehsal sahələri üzrə kadrlar hazırlanacaq. Bu spesifik sahələrdən biri də un istehsalıdır. "Un istehsalı" üzrə peşə tədrisinin təşkili və həyata keçirilməsi bu sahə üzrə kadrların hazırlanması və məşğulluğuna, həmçinin qida emalı sənayesinin inkişafına xüsusi töhfə verəcəkdir.
"Avrora" şirkəti layihənin növbəti mərhələlərdə istehsal sahələrinin digər istiqamətlərini də əhatə etməsini planlaşdırır.

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Dövlət şirkətinin əmlak satışlarının müsabiqə vaxtı uzadıldı
ING: Azərbaycan Mərkəzi Bankı 2027-ci ildə uçot dərəcəsini sabit saxlayacaq
Onlayn biznes ideyaları
Dünyanın ən çox maaş verən şirkətləri
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
Biznes nədir?
Biznes qurmaq üçün nə lazımdır?