Avrora Qrup Qurban Bayramı münasibətilə yardım aksiyası keçirib
®Qurban bayramı münasibətilə "Avrora Qrup" və "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin birgə təşkilatçılığı ilə Səbail rayonunda yaşayan aztəminatlı ailələrə sosial dəstək məqsədilə yardım aksiyası keçirilib.
Aksiya çərçivəsində rayonda məskunlaşan 120-dən çox aztəminatlı ailəyə bayram sovqatı çatdırılıb. Yardım paketlərinə gündəlik tələbat malları, ərzaq məhsulları və bayram süfrəsi üçün lazım olan müxtəlif qidalar daxil edilib. Aksiyanın əsas məqsədi bayram günlərində sosial həssas təbəqəyə mənsub ailələrə qayğı və diqqəti artırmaq, cəmiyyətimizdə paylaşma və həmrəylik ənənəsini gücləndirmək olub.
Məlumat üçün bildirək ki, "Avrora Qrup" 2025-ci ilin "Korporativ sosial məsuliyyət" proqramında aztəminatlı ailələrə xüsusi yer ayrılmışdır və bu istiqamətdə silsilə tədbirlər həyata keçirilməkdədir. Proqramın məqsədi sosial təminatı zəif ailələrə müxtəlif istiqamətlərdə dəstək olmaq, daim diqqətdə saxlamaqdır.


/ banker.az

AMB: Kommersiya banklarında korporativ idarəetmə tələbləri yenilənəcək
Birbank Invest yeniləndi: investisiya portfelini idarə etmək daha rahat oldu
Rabitəbank Visanin dəstəyi ilə gamer turniri keçirəcək
"The Digital Banker" ABB-ni Azərbaycanın ən yaxşı süni intellekt əsaslı bankı seçib
Avropa şirkətləri Azərbaycanda dövlət qurumlarından biznesə daha çox dəstək gözləyir
"Səhər 9-da sağlam, saat 2-də isə xəstə
Avropa şirkətlərinin 57 %-i Azərbaycandakı iqtisadi vəziyyəti qənaətbəxş sayır
Son bir ildə Qarabağ və Naxçıvana investisiya yatıran Avropa şirkətlərinin sayı xeyli artıb
Xaçmazda fındıq bağını sığortalamaq neçəyə başa gəlir? – ŞƏRTLƏR, MƏBLƏĞLƏR
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
"iPhone 15" modelinin üstünlükləri
Biznes qurmaq istəyənlərə 10 sadə məsləhət
Biznes təlimlər və tədris üsulları
Birbank xidmətinə necə qoşulmaq olar?
Dünyanın ən zəngin idmançıları