Azad edilmiş ərazilərdə 27 960 hektardan çox ərazi minalardan təmizlənib - VİDEO
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin komandanlığı altında Azərbaycan Ordusunun qələbəsi ilə başa çatan Vətən müharibəsi nəticəsində azad edilmiş ərazilərimizdə mühəndis işləri davam etdirilir.
Müdafiə Nazirliyindən KONKRET.az-a verilən məlumata görə, Azərbaycan Ordusunun Mühəndis Qoşunlarının hissə və bölmələri tərəfindən nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin etmək məqsədilə yollar minalardan təmizlənir, mürəkkəb relyefli, o cümlədən çətin keçilən dağlıq ərazilərdə bölmələrin fəaliyyətini təmin etmək məqsədilə yeni təminat yolları çəkilir.
Mühəndis Qoşunlarının digər dövlət qurumları ilə qarşılıqlı fəaliyyəti nəticəsində mürəkkəb relyefli, o cümlədən çətin keçilən qayalıq ərazilərdə bölmələrin fəaliyyətini təmin etmək məqsədilə cari ilin oktyabr ayı ərzində 50 km-dən çox, ümumilikdə işğaldan azad edilmiş ərazilərdə bu günədək 1078 km-dən çox yeni təminat yolları çəkilib. Bundan başqa yeni çəkilən təminat yollarına oktyabr ayı ərzində 81 ədəd, ümumilikdə isə 1796 ədəd yol tanıtma nişanları quraşdırılıb.
Azad edilmiş ərazilərimizdə mühəndis-istehkam bölmələrinin fəaliyyəti nəticəsində oktyabr ayının 1-dən bu günədək olan müddət ərzində 550 hektardan çox ərazi mina və partlamamış döyüş sursatlarından tam təmizlənib.
İşğaldan azad edilmiş ərazilərdə bu günədək mühəndis-istehkam bölmələri tərəfindən 27960 hektardan çox ərazi minalardan təmizlənib. Ümumilikdə 9726 ədəd piyada əleyhinə, 2485 ədəd tank əleyhinə və 10316 ədəd partlamamış döyüş sursatı aşkarlanaraq məhv edilib.
Mina təmizlənmə işlərində əsas səylər azad olunan ərazilərdə yaşayış məntəqələri, əkin sahələri, yollar və infrastruktur obyektlərinə yönəldilib.
Azad edilən ərazilərimizdə minaların və partlamamış döyüş sursatlarının aşkarlanaraq zərərsizləşdirilməsi, eləcə də mühəndis təminatı üzrə digər zəruri tədbirlər davam etdirilir.

AMB: Valyuta alışları manat likvidliyini artırır, faizlərə azaldıcı təsir göstərir
Mərkəzi Bank daşı tərəzinin hansı gözünə qoyacaq? – Faiz qərarı açıqlanır
Qazaxıstan əcnəbilər üçün bank hesabı açılışında qaydaları dəyişir
Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: "Biznesdə birlikdə" proqramına start verildi
Rusiyadan Gürcüstana pul köçürmələri 20 illik minimuma düşüb
"Express Experience" Yay Təcrübə Proqramı – UĞURLA BAŞA ÇATIB
"Bitcoin"in qiyməti 85 min dolları ötüb - SON QİYMƏT
Elektron siqaret satan şəxs – CƏRİMƏLƏNDİ
"Monetri"nin kredit portfeli 30 milyon manatı keçib – aktivləri 38,9 milyon manata çatıb
Menyunu düzgün tərtib etməyən restoran sahibi – CƏRİMƏLƏNDİ
Mcdonalds françayzinqi neçiyədir?
Onlayn biznes növləri
Kriptovalyuta nədir?
Dünyanın ən varlı 10 adamı
ZARA-nın uğur hekayəsi