Azərbaycan Çinin daha üç şəhərində - TİCARƏT EVİ AÇACAQ
Bu il Çinin Pekin, Çendu və Şenyanq şəhərlərində Azərbaycanın daha üç ticarət evinin açılması planlaşdırılır.
FED.az xəbər verir ki, bunu Azərbaycanın Çindəki ticarət nümayəndəsi Teymur Nadiroğlu deyib.
"Made in Azerbaijan" məhsullarının Çinə ixracının artırılması və bu ölkədə məhsullarımızın təbliği məqsədilə, 2018-ci ildən etibarən Çinin müxtəlif şəhərlərində yerli tərəfdaşların dəstəyi ilə Azərbaycan ticarət və şərab evləri açmağa başladı. Hazırda Şanxay, Urumçi, Çindao, Harbin, Cinan, Vuhan, Canciaciye kimi şəhərlərdə dörd ticarət evi, üç şərab evi və dörd ticarət bölməsi fəaliyyət göstərir", - deyə ticarət nümayəndəsi qeyd edib.
T.Nadiroğlu vurğulayıb ki, Çinin məhşur "JD.com" elektron ticarət platformasında onlayn "Azərbaycan Ticarət Evi"də fəaliyyətdədir: "Bu ticarət evləri, Çində "Made in Azerbaijan" məhsulları ilə yanaşı, ölkəmizin investisiya, nəqliyyat-tranzit və turizm potensialının təbliğində də önəmli rol oynamaqdadır. Bu cür ticarət evlərinin sayının artması ilə daha çox çinli vətəndaşın ölkəmizlə yaxından tanış olmaq imkanı yaranır". (Report)

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Dövlət şirkətinin əmlak satışlarının müsabiqə vaxtı uzadıldı
ING: Azərbaycan Mərkəzi Bankı 2027-ci ildə uçot dərəcəsini sabit saxlayacaq
Cv hazırlayarkən nələrə diqqət yetirməliyik?
Onlayn biznes növləri
Dünyanın əh bahalı brendləri - TOP-10
Amazonda satış etmək üçün bilməli olduqlarınız
Dünyanın ən varlı 10 müğənnisi