Azərbaycan internetin sürətinə görə 3 pillə geriləyib
2024-cü ilin yanvar ayında Azərbaycan mobil internetin sürətinə görə 144 ölkə arasında 46.88 MB/S sürətlə 59-cu yerdə qərarlaşıb.
Banker.az bu barədə "Speedtest Global Index"in məlumatına əsasən xəbər verir ki, Azərbaycan əvvəlki ayla müqayisədə mobil internetin sürətinə görə dəyişməz qalıb.
Məlumatda bildirilir ki, Mobil internetin sürətinə görə birinci yeri Birləşmiş Ərəb Əmirlikləri (302.38 MB/S), sonuncu yeri isə Şərqi Timor (144-cü yer, 3.75 MB/S) tutub.
Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə görə isə yanvarda dünyada 118-ci yerdə qərarlaşıb. Bu isə əvvəlki ayla müqayisədə 3 pillə geriləmədir.
Bu şəxslərin pensiyası yenidən artacaq
"2026-cı ildə pensiyaların əlavə olaraq artırılması pensiya yaşına çatdıqdan sonra əmək fəaliyyətini davam etdirən və bu il iş stajının altı ili tamam olan vətəndaşlara şamil ediləcək". Bunu Milli Məclisin İqtisad
Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb
Nyu-Yorkdakı COMEX əmtəə birjasında qızılın qiymətində cüzi artım qeydə alınıb. Bir troya unsiyası üzrə dəyər 0,1% yüksələrək 4 101 ABŞ dollarına çatıb. xəbər verir ki, COMEX-də gümüş ucuzlaşıb. Bir unsiya gümüşün qiymət
"Meta" Azərbaycanda vergi qeydiyyatına alınır
"Meta" Azərbaycanda vergi qeydiyyatından keçir". xəbər verir ki, bu barədə texnobloqer Fərid Pərdəşünas paylaşım edib. O bildirib ki, artıq reklamverənlər reklam hesablarında VÖEN-lərini göstərərək hazırd