Azərbaycan Mərkəzi Bankının 5 bankda, 4 BOKT-da yoxlamalar apardığı məlum oldu

Azərbaycan Mərkəzi Bankının 5 bankda, 4 BOKT-da yoxlamalar apardığı məlum olduMürәkkәb geosiyasi proseslәrin yaratdığı qeyri-müәyyәnliklәr fonunda Azərbaycanın bank sektoru sabit fәaliyyәtini davam etdirib.
Bu barədə Banker.az 2022-ci il üzrə Azərbaycan Mərkəzi Bankının illik hesabatına istinad edir.
"2022-ci il әrzindә bank sektorunun kapital vә likvidlik göstәricilәri normativlәri әhәmiyyәtli üstәlәmiş, mәnfәәtlilik göstәricilәri yaxşılaşmışdır. Makroiqtisadi vә maliyyә sabitliyi hәdәflәri çәrçivәsindә kredit portfeli artaraq iqtisadi fәallığa töhfә verib. Cari il ərzində nəzarət çərçivəsində bank sektorunun maliyyə dayanıqlığı diqqətdə saxlanıb"- deyə, hesabatda deyilir.
Bank sektorunda kredit riskləri, xarici valyuta bazarında trendlər və dollarlaşma prosesləri mütəmadi izlənmiş, geosiyasi proseslərin təsiri nəticəsində aktuallığını artırmış hesablaşma kanalları monitorinq edilmiş, bankların cari maliyyə vəziyyəti qiymətləndirilib.
Hesabat dövründə 5 bankda, 4 bank olmayan kredit təşkilatında və "Azərpoçt" MMC-də hərtərəfli yoxlama, habelə 4 bankda tematik yoxlama aparılıb. Nəzarət alətlərinin səmərəli tətbiqi nəticəsində bankların maliyyə dayanıqlığı qorunmuş, əhalinin bank sektoruna inamı artıb.
Mərkəzi Bankın İdarə Heyətinin 11.10.2022-ci il tarixli qərarı ilə könüllü ləğvetmə ilə əlaqədar öz müraciəti əsasında Pakistan Milli Bankının Bakı filialına verilmiş lisenziya ləğv edilmişdir. Bununla da Azərbaycanda 31.12.2022-ci il tarixinə 25 bank (o cümlədən, 2 dövlət bankı) fəaliyyət göstərmişdir. Bankların xidmət şəbəkəsi 487 filial, 91 şöbə (mübadilə şöbələri daxil olmaqla), 2997 ATM, habelə 22731 işçi vasitəsilə təmin edilir.
Hesabat dövründə bank sektorunun səhmdar kapitalı 58.7 mln. manat məbləğində artmışdır. Bank sektorunun kapital adekvatlığı minimum requlyativ tələbi (sistem əhəmiyyətli banklar üzrə 12%, digər banklar üzrə 10%) 1.9 dəfə üstələmişdir. 2022-ci il ərzində bank sektorunun kredit aktivliyi artmışdır. Bankların kredit portfeli il ərzində 17.6% (2.9 mlrd. manat) artaraq 19.6 mlrd. manat təşkil etmişdir. Bankların istehlak portfeli 27.3%, ipoteka portfeli 24.3%, biznes portfeli 11.4% artmışdır. 31.12.2022-ci il tarixinə biznes kreditləri cəmi kredit portfelinin 55.4%-ni təşkil etmişdir. 2022-ci il ərzində bank sektorunda risklərin davamlı qiymətləndirilməsi aparılmış və maliyyə dayanıqlığı müxtəlif ssenarilər əsasında stress-testlər vasitəsilə qiymətləndirilmişdir. Eyni zamanda, bankların stress-test modellərinin təkmilləşdirilməsi istiqamətində Mərkəzi Bank tərəfindən zəruri metodoloji dəstək göstərilmişdir.
Bank sektorunun nəzarət çərçivəsinin təkmilləşdirilməsi istiqamətində 2022-ci il ərzində Mərkəzi Bank tərəfindən kredit portfelinin keyfiyyətinə potensial təhdidləri minimallaşdırmaq, məsuliyyətli və sağlam kreditləşməni təmin etmək, o cümlədən əhalinin izafi borclanmasının qarşısını almaq, habelə real sektorda irimiqyaslı və uzunmüddətli layihələrin maliyyələşdirilməsində bankların rolunu artırmaq üçün müvafiq normativ aktlara dəyişikliklər həyata keçirilmiş və "Layihə maliyyələşdirilməsi kreditlərinin prudensial tənzimlənməsi Qaydası" adlı yeni normativ akt təsdiq edilmişdir.
Azərbaycan Kredit Bürosuna (Büro) 2022-ci il ərzində daxil olan ümumi sorğu sayı 77.9 mln. ədəd, skorinq sorğularının sayı 0.3 mln. ədəd olmuşdur. Yarandığı tarixdən 31 dekabr 2022-ci il tarixinə Büroya daxil olan ümumi sorğu sayı 118.6 mln. ədəd, skorinq sorğularının sayı 4.6 mln. ədəd təşkil etmişdir. Bank sektorunun likvid aktivləri 17.1 mlrd. manat olmaqla bank sektorunun cəmi aktivlərinin 36.4%-ni təşkil etmişdir.
Sektorun ani likvidlik əmsalı 59.7% olmaqla minimum requlyativ tələbi (30%) 2 dəfə üstələyir. 2022-ci il ərzində bank sektorunun cəmi öhdəlikləri 23.7% (7.9 mlrd. manat) artaraq 41.4 mlrd. manat təşkil etmişdir. Depozitlər cəmi öhdəliklərin 81.4%-i həcmindədir ki, bunun da 11.5 mlrd. manatı əhalinin (sahibkarlıqla məşğul olan fiziki şəxslər istisna olmaqla) əmanətləridir. 2022-ci il ərzində əhalinin əmanətləri tarixi rekord səviyyədə – 27.1% artmışdır (milli valyutada 31.3%, xarici valyutada 21.3%).
Son illər milli valyutanın məzənnəsində müşahidə olunan sabitlik əmanətlərin dedollarlaşma trendini formalaşdırmışdır. Eyni zamanda kredit portfeli üzrə dedollarlaşma hesabat ilində də davam edərək tarixi minimum səviyyəyə düşmüşdür. İlin sonuna olan məlumata görə dollarlaşma əhalinin əmanətləri üzrə 39.8%, hüquqi şəxslərin depozitləri (maliyyə sektorunun depozitləri istisna olmaqla) üzrə 50.9%, kredit portfeli üzrə 20.1% təşkil edir. 2022-ci ildə bank sektorunun müddətli xarici borcu 27.8% azalaraq 276.5 mln. ABŞ dolları olmuşdur.
Hazırda xarici borc bankların cəmi öhdəliklərinin yalnız 1.1%-ni (ABB istisna olmaqla 0.9%-ni) təşkil edir.

Banklar     Tarix: 26 aprel 2023

Oxşar xəbərlər

Azərbaycandan xaricə pul köçürmələri 13% azalıb

2026-cı ilin ilk 6 ayında Azərbaycandan xarici ölkələrə fiziki şəxslər tərəfindən göndərilən pul baratlarının ümumi həcmi 13% azalaraq 207,88 milyon dollara düşüb. Ötən ilin müvafiq dövründə bu göstərici 238,18 milyon dolla

"Bundan sonra da bank birləşməsi olacaqsa, ancaq və ancaq şad olarıq"

"PAŞA Bank" ASC son vaxtlar sektorda baş verən konsolidasiyanı bazarda daha güclü rəqiblərin olması baxımından dəstəkləyir. XBunu Bankın İdarə Heyətinin sədr müavini Bəhruz Nağıyev I yarımilin yekunlarına həsr olunmu

Azərbaycanda ilk dəfə unikal bank səhmdarlarının sayı açıqlanıb

Milli Depozit Mərkəzi ilk dəfə unikal bank səhmdarlarının sayını açıqlayıb. Bu barədə sorğusuna cavab olaraq qurumdan bildirilib. VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən. Məlumata görə, hazırda 41 102 fizik

Bankın müştərilərinin şəxsi məlumatları oğurlanıb

Onlayn bank xidmətləri göstərən Böyük Britaniyanın "Revolut" şirkətinin müştərilərinin fərdi məlumatları dövlət qurumları kimi təqdim edən dələduzlar tərəfindən oğurlanıb. Bu barədə "Reuters" agentliy

"MJ Finance" BOKT böyüyüb - aktivləri 50%-ə yaxın artıb

"MJ Finance Bank Olmayan Kredit Təşkilatı" ASC 2025-ci ildə aktivlərini və kapitalını kəskin artırıb. Bununla belə, şirkətin vergidən əvvəlki mənfəəti və məcmu gəliri azalıb, 30 gündən çox gecikdirilmiş kreditləri

Azərbaycanın turizmdən gəlirləri 21% azalıb – İlk yarımildə 748 mln. dollar

Azərbaycanın turizm xidmətləri üzrə dövriyyəsi 2026-cı ilin ilk altı ayında illik müqayisədə 14,7% azalaraq 1,4 milyard dollar təşkil edib. Buna baxmayaraq, ölkənin turizm xidmətləri üzrə gəlirləri xərclərini üstələyib v

"Azərbaycan Sənaye Bankı"na yeni sədr təyin edilib – Uzun müddətdir orada çalışırdı

"Azərbaycan Sənaye Bankı" ASC-nin İdarə Heyətinə yeni sədr təyin edilib. xəbər verir ki, səhdmarların Ümumi Yığıncağının qərarına əsasən bankın İdarə Heyətinin üzvü Sarvan Umudvar oğlu Mikayılov İdarə Heyətini

Azərbaycan banklarına "Moody"s"dən müsbət qiymət: Sistem riskləri azalıb

"Moody"s" Azərbaycanın bank sisteminin dayanıqlılığını yüksək qiymətləndirib. "Moody"s Ratings" beynəlxalq reytinq agentliyi Azərbaycanın bank sisteminin dayanıqlılığını yüksək qiymətləndirib

İrlandiyadan Azərbaycana pul köçürmələri 7 dəfədən çox artıb

2026-cı ilin ilk 6 ayında xaricdən Azərbaycana fiziki şəxslərin göndərdiyi pul baratlarının ümumi məbləği 40.2% artaraq 748.46 milyon dollara çatıb. Ötən ilin müvafiq dövründə bu göstərici 533.96 milyon dollar təşkil etmişdi


iqtisadi xeberler internetden pul qazanmaq bitkoin almaq rubl mezenne en son xeberler