Azərbaycan "Microsoft"a lisenziyaların qiymətini aşağı salınmasını təklif edəcək
Azərbaycan "Microsoft" şirkətinə dövlət qurumları üçün lisenziyaların nisbətən daha ucuz qiymətə verilməsini təklif edə bilər.
Bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) idarə rəisi Tural Məmmədov bu gün XRİTDX-nın təşkilatçılığı ilə keçirilən "Dövlət Qurumlarının İT rəhbərlərinin I Zirvə Toplantısı"nda çıxışı zamanı deyib.
"Danışıqlar müsbət olmasa biz "Linux" üzərində qurulan əməliyyat sistemlərinə keçid edə bilərik", – T. Məmmədov bildirib.
Onun sözlərinə görə, informasiya-kommunikasiya texnologiyaları sahəsində ən əsas xərclərdən biri lisenziyaların alınmasıdır: "Əsasən "Windows" əməliyyat sisteminin istifadəsi üçün alınan korporativ lisenziyaların qiyməti yüksəkdir:
Dövlət qurumları bu sahədə xərcləri azaltmağa çalışır. Büdcəsi məhdud olan qurumlar üçün bu böyük bir problemdir".
Qeyd edək ki, "Linux" üzərində qurulan əməliyyat sistemlərindən istifadə üçün icazə tələb olunmur. / banker.az

AMB: Kommersiya banklarını birləşməyə məcbur etmirik
Mərkəzi "Bank Respublika" - "AccessBank" sövdələşməsinin bank sektoruna təsirini açıqlayıb
"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
"Prior Credit" BOKT ASC nizamnamə kapitalını 48% artıraraq 3,1 milyon manata çatdırıb
Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - QƏRAR
Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda "Money20/20 Middle East" tədbirində təqdim edib
Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: "Biznesdə birlikdə" proqramına start verildi
"Bank of America" FED-dən bu il daha iki faiz artımı gözləyir
SWIFT nədir?
Mcdonalds françayzinqi neçiyədir?
5 liderlik göstəricisi
Onlayn biznes növləri
Dünyanın ən zəngin idmançıları