Azərbaycan nefti ötən il 45%-dək bahalaşıb
2022-ci ildə "Azeri Light" (CIF) markalı neftin bir barelinin orta satış qiyməti 103.58 ABŞ dolları təşkil edib.
Bu barədə SOCAR-dan bildirilib.
Məlumatda görə, 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il "Azeri Light" (CIF) nefti 44.6% bahalaşıb.
"2022-ci il ərzində "Azeri Light" (CIF) markalı neftin ən yüksək qiyməti 8 mart tarixində bir barel üçün 135.99 ABŞ dolları, ən aşağı qiyməti isə 8 dekabr tarixində 78.07 ABŞ dolları olub", – məlumatda bildirilir.
Energetika Nazirliyinin məlumatına görə, 2022-ci il ərzində Azərbaycanda 32.6 mln. ton neft (kondensatla birlikdə) hasil edilib. Respublika üzrə neft hasilatının 20.4 mln. tonu "Azəri-Çıraq-Günəşli" neft-qaz yataqları blokunun, 4.4 mln. tonu (kondensat) "Şahdəniz" yatağının payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 7.8 mln. ton təşkil edib. Hesabat dövründə, 26.3 mln. ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. / banker.az

AMB: Kommersiya banklarını birləşməyə məcbur etmirik
Mərkəzi "Bank Respublika" - "AccessBank" sövdələşməsinin bank sektoruna təsirini açıqlayıb
"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
"Prior Credit" BOKT ASC nizamnamə kapitalını 48% artıraraq 3,1 milyon manata çatdırıb
Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - QƏRAR
"Bank of America" FED-dən bu il daha iki faiz artımı gözləyir
Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda "Money20/20 Middle East" tədbirində təqdim edib
Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: "Biznesdə birlikdə" proqramına start verildi
Kriptovalyuta məzənnəsi necə analiz olunur?
Onlayn biznes növləri
Ən çox gəlir gətirən onlayn bizneslər
Biznes qurmaq istəyənlərə 10 sadə məsləhət
IBAN nədir?