Azərbaycan neftinin qiyməti 98 dollara yüksəlib
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1.04 ABŞ dolları, yaxud 1.07% artaraq 97.98 ABŞ dolları təşkil edib.
Hərraclarda "Brent" markalı neftin oktyabr fyuçersləri 94.51 ABŞ dollara satılıb.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 85 ABŞ dollarından götürülüb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15.81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149.66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir. / banker.az

Çarli Manqerə görə, hər bir insanın Benjamin Franklindən öyrənməli olduğu 5 həyat dərsi
FED faiz qərarını açıqladı
NEQSOL Holding istedadların inkişafında uğurlarına görə ATD BEST Award 2026 mükafatına layiq görülüb
Hazır biznes, yoxsa sıfırdan qurulan biznes?
"Freelance" nədir?
ZARA-nın uğur hekayəsi
Dünyanın ən çox maaş verən şirkətləri
İlon Mask kimdir?