Azərbaycan neftinin qiyməti 98 dolları keçib
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1.65 ABŞ dolları, yaxud 1.71 % artaraq 98.37 ABŞ dolları təşkil edib.
Banker.az xəbər verir ki, hərraclarda "Brent" markalı neftin oktyabr fyuçersləri 93.37 ABŞ dollara satılıb.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 85 ABŞ dollarından götürülüb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15.81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149.66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.

Çarli Manqerə görə, hər bir insanın Benjamin Franklindən öyrənməli olduğu 5 həyat dərsi
FED faiz qərarını açıqladı
NEQSOL Holding istedadların inkişafında uğurlarına görə ATD BEST Award 2026 mükafatına layiq görülüb
İban nədir?
5 liderlik göstəricisi
Biznes qurmaq istəyənlərə 10 sadə məsləhət
Ev şəraitində pul qazanmağın yolları
Biznes qurmaq istəyənlərə 10 məsləhət