Azərbaycan sığortaçıları yeni məhsul hazırlayacaq
"Tur operatorlar və tur agentliklər müştərilər qarşısında mülki məsuliyyətini sığorta etdirməli, bu sığorta məhsulunu sığorta şirkətlərindən almalı olacaqlar".
Bunu "Report"a açıqlamasında Dövlət Turizm Agentliyinin (DTA) turizm siyasəti və strategiyası şöbəsinin müdiri Məhəmməd Muradov deyib.
"Onlar həm də turizm reyestrində mülkü məsuliyyət sığortası haqqında məlumatlarını təqdim etməli olacaqlar. Mülkü məsuliyyət sığortası barədə qaydalar təsdiq olunduqdan sığorta şirkətləri bu məhsulu hazırlamağa başlayacaqlar, tur operatorlar və tur agentliklərlə yanaşı vətəndaşlarla da həmin sığorta məhsulu üzrə müqavilə bağlayacaqlar. Bu da şəffaf olacaq. Hər bir ictimaiyyət üzvü reyestrə baxıb, bu barədə məlumat əldə edə biləcək", - o qeyd edib.
Gələn il üzrə icmal büdcənin kəsir limiti müəyyənləşib
2027-ci ildə Azərbaycanın icmal büdcəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) gəlirləri nəzərə alınmadan kəsirinin yuxarı həddinin 16 milyard 74 milyon 122,9 min manat olması nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz ®
İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, 17–21 avqust həftəsində qlobal maliyyə bazarlarının əsas istiqamətveric
Azərbaycan biznesi Afrikaya gedir – Qeydiyyat başladı
() Africa–Azerbaijan Cooperation (AFAZ) 21–23 oktyabr 2026-cı il tarixlərində Keniyanın Nayrobi şəhərində keçiriləcək BIG 5 Construct Kenya 2026 beynəlxalq tikinti və inşaat sərgisində Azərbaycan Pavilyonunun təşkilini həyat
FED faiz qərarını açıqladı
Federal Ehtiyat Sistemi (FED, ABŞ Mərkəzi Bankı) əsas faiz dərəcəsi ilə bağlı qərarını açıqlayıb. xəbər verir ki, Mərkəzi bankın rəsmiləri baza faiz dərəcəsini 3,5%–3,75% diapazonunda saxlamaq qərarına gəliblər. FED 2025-c