Azərbaycan şirkətinin rəhbərinin ideyası əsasında ofis əməkdaşları üçün universal kreslo hazırlanıb

Azərbaycan şirkətinin rəhbərinin ideyası əsasında ofis əməkdaşları üçün universal kreslo hazırlanıbAzərbaycanın aparıcı mebel istehsalçılarından olan Gardashlar Mebel bu dəfə ofis əməkdaşlarının rifahına yönəlmiş addımı ilə diqqət çəkib.
Marja xəbər verir ki, müasir iş şəraitində uzun saatlar kompüter qarşısında çalışan əməkdaşların ehtiyaclarını nəzərə alaraq, şirkət xüsusi universal istirahət yatağı hazırlayıb. Yeni model həm iş prosesində noutbuk üzərində rahat oturaraq işləməyə, həm də qısa fasilələr zamanı uzanaraq dincəlməyə imkan verir. Məhsulun dizaynında ergonomik yanaşma əsas götürülüb, brend rəngləri və loqosu ilə tamamlanaraq ofis mühitinə uyğun estetik görünüş yaradılıb. Məhsulun ən mühüm üstünlüklərindən biri onun çevik istifadəsidir – sadəcə bir toxunuşla dik vəziyyətdə dayana bilir, elə həmin rahatlıqla yerə qoyularaq tam istirahət imkanı yaradır.
Layihənin ideya müəllifi Gardashlar Mebel şirkətinin rəhbəri Əli Mirzəyevdir. Onun təşəbbüsü ilə həyata keçirilən bu addım yalnız Gardashlar Mebel əməkdaşlarının rifahına deyil, həm də ümumilikdə ölkədə işçi mədəniyyətinə yeni yanaşma gətirməyə yönəlib.
"Dünya miqyasında bir çox şirkətlər işçilərinin rifahına yatırım etməklə yanaşı, onların istirahəti üçün xüsusi imkanlar yaradır. Qərbdə artıq uzun illərdir ki, korporasiyalar əməkdaşların yalnız işini deyil, həm də sağlamlığını və gündəlik rahatlığını düşünür. Gardashlar Mebel isə bu yanaşmanı Azərbaycana gətirən və praktiki addıma çevirən ilk yerli şirkətlərdən biri oldu.
Bu təşəbbüs, ölkəmizdə də əməkdaş rifahının sadəcə sosial məsuliyyət deyil, həm də strateji uğur amili olduğunu göstərir. Gardashlar Mebel-in rəhbərliyi hesab edir ki, əməkdaşların rifahına edilən hər bir yatırım gələcəyin ən böyük qazancıdır. "Biz inanırıq ki, işçinin sağlamlığına və rahatlığına göstərilən diqqət onun işə münasibətini dəyişir. Daha güclü, daha motivasiyalı kollektiv – daha böyük nəticələr deməkdir," – deyə Əli Mirzəyev vurğulayıb.
Əli Mirzəyev  əlavə edib ki, Şirkət bu innovativ yatağı yalnız öz işçiləri üçün deyil, həm də digər müəssisələr üçün istehsal etməyə hazırdır:
"İstənilən təşkilat modeli öz loqosu və rənglərinə uyğun sifariş edə bilər. Bu isə həm əməkdaşlara göstərilən qayğını, həm də korporativ kimliyi gücləndirməyi mümkün edir. Gardashlar Mebel-in təşəbbüsü təkcə bir məhsul deyil, iş dünyasına verilən mesajdır: əməkdaşların rifahı hər şirkətin strateji prioriteti olmalıdır. Azərbaycanda bu kimi addımların atılması yalnız şirkətlərin daxili mədəniyyətini zənginləşdirmir, həm də ölkənin biznes mühitində yeni standart yaradır".
Gardashlar Mebel əməkdaş rifahına yönəlmiş innovativ həllər sahəsində ilk addımını smart masa ilə atmışdır. Həmin model sayəsində işçilər uzun saatlar təkcə oturaq yox, ayaqüstə də işləyə bilirdilər. Yeni universal istirahət yatağı isə bu yanaşmanın davamı olaraq daha geniş imkanlar təqdim edir.

/ marja.az

Maraqlı     Tarix: 23 sentyabr 2025

Oxşar xəbərlər

"Landau" sərhədləri aşdı – Özbəkistanda 2 yeni məktəb

Azərbaycanın "Landau Education Group" təhsil şirkəti Özbəkistanda iki yeni məktəb açıb. xəbər verir ki, avqustun 23-də Özbəkistanda "Landau" adına iki STEAM (Science, Technology, Engineering, and Mathematics

Peşə təhsilində yeni mərhələ – Dağ-mədən üzrə rəqəmsal kurs təqdim olunacaq

"AzerGold" QSC-nin dəstəyi, Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi və "Aspire EdTech" şirkətinin təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə "Dağ-mədən işləri üzrə mütəxəssis"

Tibbi müəmma sizi çıxılmaz vəziyyətə salıb? Metagenomikanı sınayın

Həkimlər nədən xəstələndiyimizi müəyyən edə bilmədikdə, orqanizmimizdə virusların, bakteriyaların və göbələklərin genetik materialının fraqmentlərini axtara bilərlər. 2019-cu ildə Kaliforniya ştatının Fresno şəhərində yaşayan

Satışı artıran sehrli formul

Satışları artırmaq üçün nə lazımdır? Daha böyük reklam büdcəsi? Daha çox satış əməkdaşı? Yoxsa daha çox müştəri?. Bankçılıq, Məhsulların İdarə edilməsi və həyat sığortası sahələrində qazandığım təcrübə mənə bir şeyi öyrədib

Etimad böhranı və 40 trilyon dollarlıq borc: dünya iqtisadiyyatı niyə ABŞ-dən uzaqlaşır?

Amerikanın qlobal iqtisadi sabitliyin dayağı kimi mövqeyi əvvəlki qədər möhkəm görünmür. Tramp administrasiyası artan dövlət borcu ilə üzləşir və sanksiyalardan xarici siyasət aləti kimi daha fəal istifadə edir. Müəllif

Avropada restoranlarda bəxşiş vermək lazımdır? Səyahət bələdçisi izah edir

Avropada bəxşiş qaydalarını anlamaq bəzən çətin ola bilər, xüsusən də adətlər ölkədən ölkəyə dəyişdiyi üçün. Bu qısa bələdçi restoran etiketini və xidmətə görə bəxşiş qaydalarını izah edir ki, qitə boyunca daha rahat səyahə

Artım üzərində qurulmuş dünya sona çatır

Bəzi qrafiklər baş verənləri onlarla proqnoz kitabından daha yaxşı izah edir. Məsələn, yuxarıdakı qrafik kimi. Bu, 1950-ci ildən bəri Avropada demoqrafik yükün strukturudur. 1950-ci ildə əmək qabiliyyətli yaşda olan hər 10

Vəliyevin universitetinin xalis mənfəəti 7,6 milyon manata çatıb – 42%-lik artım

"Odlar Yurdu Universiteti" 2025-ci ili 7 milyon 572,9 min manat xalis mənfəətlə başa vurub. universitetin audit olunmuş konsolidə edilmiş maliyyə hesabatına istinadən xəbər verir ki, 2024-cü ildə ali təhsil müəssisəsini

Microsoft-dan güclü süni intellekt noutbuku: 2 599 dollara satışa çıxır

"Microsoft" şirkəti "Nvidia"nın süni intellekt imkanlarına malik yeni çipi ilə təchiz edilmiş "Surface Laptop Ultra" modelini təqdim edib. Yeni noutbukun ABŞ-da başlanğıc qiyməti 2 599,99 dolla


iqtisadi xeberler iqtisadiyyat xeberleri investisiya depozit faizleri dollar manat kursu