Azərbaycan Türkmənistan və Qazaxıstandan yenidən xam neft almağa başladı

Azərbaycan Türkmənistan və Qazaxıstandan yenidən xam neft almağa başladıAzərbaycan son Türkmənistandan son 7 aylıq, Qazaxıstandan isə 10 aylıq fasilədən sonra xam neft idxal edib.
Banker.az bunu rəsmi statistik göstəricilərə istinadən xəbər verir.

Belə ki, fevral ayında tankerlər Türkmənistandan Azərbaycana 30 574 tonluq xam neft çatdırıblar. İdxal edilmiş xam neftin dəyəri isə 17.33 mln. ABŞ dolları təşkil edib. Bu da 2023-cü ilin avqustundan bu tərəfə yaranmış fasiləni ilk dəfə dayandırmaqdır.
Qazaxıstandan isə fevralda 28 804 ton və ya $18.97 mln. xam neft idxal edilib. Bu isə 2023-cü ilin aprelindən bu tərəfə ilk idxaldır.
Dövlət Statistika Komitəsinə görə, 2024-cü ilin ilk iki ayında Azərbaycan yeganə müştərisi olduğu MDB ölkələrindən 185 702 ton və ya $106.04 mln. xam neft alıb.
Türkmənistandan xam neftin bir tonu 566.68 dollara (~77.07$/bll), Qazaxıstandan 658.61 dollara (~89.57$/bll) və Rusiyadan isə 552.1 dollara (~75.09 $/bll) idxal edilib.
Banker.az olaraq xatırladırıq ki, fevralda bençmark Brent neftinin bir barelinin orta qiyməti 82.42 dollar/barel və ya 606.03 dollar/ton qiymətində ticarət edilib.

Xəbərlər     Tarix: 16 aprel 2024

Oxşar xəbərlər

Bəzi hallarda saytlara giriş MƏHDUDLAŞDIRILACAQ - Qanun DƏYİŞDİ

Azərbaycanda bəzi informasiyaların yerləşdirilməsinə görə saytlara məhdudlaşdırma tətbiq ediləcək. xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Cinayət, Cinayət-Prosessual Məcəllələrinə və "İnformasiya, informasiyalaşdırm

Müəssisələr vəsaitlərini qanundankənar xərcləyə bilər - Yeni təklif

"Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON Holding) müəssisələrinə öz vəsaitlərini dövlət satınalmalarından kənar xərcləmək hüququ verilə bilər". Azərbaycanda 7 ayda haqsız rəqabətlə bağlı 37 subyekti

Azərbaycan qızıl istehsalını yüksəldib

Azərbaycan 2025-ci ilin ilk 10 ayında qızıl istehsalı həcmini 2 593 kiloqrama yüksəldib. xəbər verir ki, bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. İstehsal edilmiş qızıl öncəki ili 20 faiz üstələyib. Qeyd edə

Media subyektləri üçün vergi güzəştinin müddəti uzadılır

Azərbaycanda media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Vergi Məcəlləsinə təklif edilən dəyişiklik zamanı əksini tapıb

Dolların sabaha olan məzənnəsi - AÇIQLANDI

Azərbaycan Mərkəzi Bankı manatın rəsmi məzənnəsi ilə bağlı məlumat açıqlayıb. xəbər verir ki, 18 sentyabr 2026-cı il tarixindən etibarən manatın ABŞ dollarına qarşı rəsmi məzənnəsi Mərkəzi Bank tərəfindən 1,700 səviyyəsind

Məktəblərdə davamiyyətə nəzarətlə bağlı süni intellektdən istifadə ediləcək

Təhsil sistemində səmərəliliyin artırılması məqsədilə süni intellektin tətbiqi xidmətlərinin satın alınması ilə bağlı açıq tender elan edilib. xəbər verir ki, Elm və Təhsil Nazirliyi yanında Təhsil Sisteminin İnformasiyalaşdırılmas

Bu şəxslərin pensiyası yenidən artacaq

"2026-cı ildə pensiyaların əlavə olaraq artırılması pensiya yaşına çatdıqdan sonra əmək fəaliyyətini davam etdirən və bu il iş stajının altı ili tamam olan vətəndaşlara şamil ediləcək". Bunu Milli Məclisin İqtisad

"Vita Milk" MMC-nin Rusiyadan gətiridiyi yağlarda uyğunsuzluq aşkarlandı - GERİ QAYTARILDI

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) apardığı nəzarət tədbirləri zamanı "Vita Milk" MMC tərəfindən idxal olunan bitki tərkibli spred yağı məhsulundan nümunələr götürülərək müayinə edilib. xəbər verir ki, bu barəd

Vergi borcunu ödəməkdə çətinlik çəkənlərə GÜZƏŞT

2027-ci ildə Azərbaycanda vergi inzibatçılığının gücləndirilməsi ilə yanaşı, vergi ödəyicilərinə münasibətdə daha yumşaq yanaşmaların tətbiqi də nəzərdə tutulur. xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi layihəsind


iqtisadi xeberler biznes qurmaq investisiya online pul qazanmaq internetden pul qazanmaq