Azərbaycan və Böyük Britaniya şirkətləri birgə müəssisə yaradıblar

Azərbaycan və Böyük Britaniya şirkətləri birgə müəssisə yaradıblarAzərbaycanda illərdir SOCAR-la birgə müəsisə açan Böyük Britaniyanın "Petrofac" neft-qaz şirkəti bu dəfə özəl şirkətlərdən biri ilə birləşərək müştərək biznesə başlayır.
Banker.az xəbər verir ki, Baş ofisi Londonda yerləşən "Petrofac" bu dəfə Azərbaycanda fəaliyyətdə olan "Nort Vest Konstrakşn" MMC ("North West Construction" MMC) ilə birgə şirkət "Petrofac-Nortvest" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 1406275961) təsis ediblər.
Bakı şəhəri Nəsimi rayonu, Neftçilər pr. ev.153 (Port Baku iş mərkəzi) ünvanında dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 100 000 manatdır. "Petrofac-Nortvest" MMC 2022-ci ilin dekabrında yaradılıb.
Şirkətin qanuni təmsilçi/direktoru Təranə Məlikovadır. Təranə Məlikova "North West Construction"ın İdarə heyətinin üzvü və paralel olaraq Maliyyə hesabatları üzrə meneceridir.
Müşahidə şurasının üzvlərinin adları açıqlanarkən 4 nəfər olduğu bilinir. Bunun ikisi "Petrofac"dan, ikisi isə Azərbaycan şirkəti "North West Construction" tərəfdəndir.
Müşahidə şuras belədir:
Carl Thompson William (Petrofac);
Elvin Axundov Muxtar Oğlu – North West Construction – İdarə heyətinin üzvü, Kommersiya meneceri;
Stephen Coates David (Petrofac);
Mehdiyev Hafiz Ramazan Oğlu – "North West Construction"ın Biznesin İnkişafı və İnvestisiyalar üzrə meneceri.
"Petrofac International LTD"nin 1995-ci ilin iyulundan açılmış Bakı nümayəndəliyi 2022-ci ilin yayında bağlandığı açıqlanıb, lakin onun SOCAR ilə 2017-ci ildə birgə təsis etdiyi "SOCAR Petrofac" MMC fəaliyətdədir. Birgə müəssisə "SOCAR Petrofac" Azərbaycanda və digər ölkələrdə həyata keçirilən enerji layihələri üçün SOCAR əməkdaşlarının dolğun və müasir proqramlar əsasında təlimi üzrə xidmətlər göstərməklə yanaşı, texniki dəstək və mühəndislik xidmətləri, eləcə də neft-qaz sektorunda layihələrin idarə olunması sahəsində də xidmətlər təklif edir.

Xəbərlər     Tarix: 07 mart 2023

Oxşar xəbərlər

"ƏDV geri al" mexanizminin tətbiq sahələri genişləndirilir

"ƏDV geri al" mexanizmi artıq bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlərə şamil olunacaq. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarıla

"Azəridad" toyuq kolbasasında tük tapıldı - MÜƏSSİSƏ BAĞLANDI

Mediada "Azəridad" əmtəə nişanlı toyuq kolbasasında toyuq tükünün aşkar olunması ilə bağlı yayılan məlumat əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxano

Müəssisələr vəsaitlərini qanundankənar xərcləyə bilər - Yeni təklif

"Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON Holding) müəssisələrinə öz vəsaitlərini dövlət satınalmalarından kənar xərcləmək hüququ verilə bilər". Azərbaycanda 7 ayda haqsız rəqabətlə bağlı 37 subyekti

Bəzi hallarda saytlara giriş MƏHDUDLAŞDIRILACAQ - Qanun DƏYİŞDİ

Azərbaycanda bəzi informasiyaların yerləşdirilməsinə görə saytlara məhdudlaşdırma tətbiq ediləcək. xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Cinayət, Cinayət-Prosessual Məcəllələrinə və "İnformasiya, informasiyalaşdırm

Bu ərizəni verməyənlər 200 man cərimə olunacaq

30 gün müddətində vergi orqanında uçota alınmaq üçün ərizənin verilməməsinə görə 200 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək. xəbər verir ki, məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan Vergi Məcəlləsind

AQTA qəfil qaraja daxil olub - Minlərlə şübhəli məhsul tapılıb

Vətəndaş müraciəti əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Çöl Şüvəlan qəsəbəsi, Minutka küçəsi ünvanında yerləşən "Best for Bar" MMC-yə məxsu

Qaz ödənişləri ilə bağlı YENİLİK

İstifadə olunan təbii qazın ödənişi ilə bağlı yeni qayda tətbiq ediləcək. xəbər verir ki, abonentlər qaz sərfiyyatının dəyərini artıq POS-terminallar vasitəsilə də ödəyə biləcəklər. Beləliklə, istifadə edilmiş qazın haqq

Maaşlardan yığılan vergi 21% artıb

Azərbaycanda 2026-cı ilin yanvar-iyul aylarında fiziki şəxslərin gəlir vergisi üzrə dövlət büdcəsinə 1 milyard 412,6 milyon manat vəsait daxil olub. Ötən ilin eyni dövründə bu göstərici 1 milyard 168,4 milyon manat təşki

Neft ucuzlaşdı

Azərbaycan nefti ucuzlaşıb. xəbər verir ki, dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti azalıb. Belə ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,18 ABŞ dolları azalaraq 66,51 AB


iqtisadi xeberler bitcoin qiymeti biznes qurmaq bank faizleri en son xeberler