Azərbaycan və Estoniya XİN başçıları telefonla danışdı
"Azərbaycanın Ermənistanla münasibətlərin bərpa olunması, sülh sazişi təklifləri və bir sıra təşəbbüslər irəli sürməsinə baxmayaraq, Ermənistan prosesə maneçilik törədir".
KONKRET.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla dekabrın 30-da Estoniyanın xarici işlər naziri Urmas Reinsalu ilə telefon danışığı zamanı bildirib.
Telefon danışığı zamanı regionda hazırkı proseslər, həmçinin ikitərəfli əməkdaşlıq gündəliyinin aktual məsələləri müzakirə mövzusu olub.
C.Bayramov post-münaqişə dövründə Azərbaycanın Ermənistanla münasibətlərin bərpa olunması, sülh sazişi təklifləri və bir sıra təşəbbüslər irəli sürməsinə baxmayaraq, prosesə Ermənistan tərəfindən maneçilik törədildiyini diqqətə çatdırıb. Ermənistan tərəfindən 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanat üzrə öhdəliklərin kobud şəkildə pozulması, bu xüsusda erməni silahlı birləşmələrinin Azərbaycan ərazilərindən tam çıxarılmaması, yalnız humanitar məqsədlər üçün nəzərdə tutulmuş Laçın yolu vasitəsilə üçüncü dövlətlərin vətəndaşlarının Azərbaycan ərazilərinə qeyri-qanuni daxil olması, Ermənistandan Azərbaycana 2021-ci il istehsalı minalar daşınmaqla mina təhdidlərini davam etdirməsi misal çəkilib.
Bununla yanaşı, 30 ilə yaxın işğal dövründə davam etmiş və son illərdə daha da intensivləşmiş Azərbaycanın təbii sərvətlərinin qeyri-qanuni istismarı və buna qarşı Azərbaycan vətəndaş cəmiyyətinin Laçın yolunda etiraz aksiyası barədə məlumat verilib. Təbii sərvətlərin qeyri-qanuni istismarının və bununla əlaqədar yaranmış ekoloji fəsadların qarşısının alınması istiqamətində Azərbaycan tərəfindən danışıq aparılması niyyətinə baxmayaraq, proses əleyhinə təxribatlar törədilməklə maneələr yaradılmasının qəbuledilməz olduğu bildirilib.
Nazir Ceyhun Bayramov, guya Laçın yolunun Azərbaycan tərəfindən bağlanması nəticəsində erməni sakinlərin "blokada"ya alınması, bölgədə "humanitar fəlakət" yaratması barədə iddialarının tamamilə əsassız olduğu, nəqliyyat vasitələrinin sərbəst şəkildə yoldan istifadə etdiyi barədə məlumat verib. Erməni əhalinin yoldan istifadə etməklə sərbəst hərəkətinə heç bir maneə olmadığı, ehtiyac olacağı təqdirdə erməni sakinlərə yardım göstərmək niyyətləri barədə aktivistlərin bəyanatlarına baxmayaraq, yerli ermənilərin rəhbərləri kimi özlərini təqdim edən şəxslərin əhalinin yoldan istifadəsinə maneçilik törətməsi faktları vurğulanıb.
Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər regional və ikitərəfli məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Mərkəzi "Bank Respublika" - "AccessBank" sövdələşməsinin bank sektoruna təsirini açıqlayıb
"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
"Prior Credit" BOKT ASC nizamnamə kapitalını 48% artıraraq 3,1 milyon manata çatdırıb
Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - QƏRAR
Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda "Money20/20 Middle East" tədbirində təqdim edib
Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: "Biznesdə birlikdə" proqramına start verildi
"Bank of America" FED-dən bu il daha iki faiz artımı gözləyir
Rusiyadan Gürcüstana pul köçürmələri 20 illik minimuma düşüb
Dünyanın TOP-5 bahalı geyim şirkətləri
Swift nədir?
SMM nə deməkdir?
Yatırım olmadan necə biznes qurmaq olar?
SMM nədir?