Azərbaycan və Pakistan enerji sahəsində əməkdaşlığı müzakirə etdi
Energetika naziri Pərviz Şahbazov ölkəmizdə səfərdə olan Pakistanın Energetika Nazirliyinin neft üzrə dövlət naziri Musadik Masud Maliki qəbul edib.
Bu barədə KONKRET.az-a nazirlikdən bildirilib.
Məlumata görə, görüşdə iki ölkə arasında qardaşlıq və dostluq münasibətlərini vurğulayan nazir ölkəsinin xalqımıza həmrəyliyini ifadə edib, Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatlar nəticəsində hərbi qulluqçularımızın şəhid olması ilə bağlı başsağlığı verib.
Daha sonra enerji sahəsində Azərbaycan-Pakistan əməkdaşlığının inkişafı üzrə perspektiv imkanlar nəzərdən keçirilib. Azərbaycanın enerji ixrac infrastrukturunun genişləndirilməsi, təbii qazın nəqli və ixracı sahəsindəki təcrübəsi vurğulanıb, Pakistana mayeləşdirilmiş təbii qaz tədarükü, ölkədə boru nəql infrastrukturu, maye qazın reqazifikasiyası, neft emalı, neft məhsullarının pərakəndə satışı kimi sahələrdə əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb. Eyni zamanda, ölkəmizin "yaşıl enerji" potensialı, bu potensialın reallaşdırılması istiqamətində xarici investisiyaların cəlbi ilə icra olunan layihələr, xüsusilə işğaldan azad olunmuş ərazilərdə yaşıl enerji zonasının yaradılması üçün görülən işlər haqqında qonağa məlumat verilib.

Qazaxıstan əcnəbilər üçün bank hesabı açılışında qaydaları dəyişir
Rusiyadan Gürcüstana pul köçürmələri 20 illik minimuma düşüb
Elektron siqaret satan şəxs – CƏRİMƏLƏNDİ
"Bitcoin"in qiyməti 85 min dolları ötüb - SON QİYMƏT
Azərbaycanda 12 illik şirkətdən – 2,8 MİLYON MANAT GÖTÜRÜLÜR
"Monetri"nin kredit portfeli 30 milyon manatı keçib – aktivləri 38,9 milyon manata çatıb
Menyunu düzgün tərtib etməyən restoran sahibi – CƏRİMƏLƏNDİ
Mərkəzi Bank faiz dəhlizinin aşağı həddini endirdi, qalanlarını sabit saxladı
AZCON Holdinq-də – YENİ TƏYİNAT
AMB faiz dəhlizinin aşağı həddini niyə endirdi?
Digital Card nədir?
Birbank xidmətinə necə qoşulmaq olar?
Dünyanın ən varlı 10 müğənnisi
5 liderlik göstəricisi
Biznes qurmaq istəyənlərə 10 sadə məsləhət