Azərbaycan və Türkiyə iş adamları arasında işgüzar görüşlər keçirilib
Türkiyə İxracatçılar Məclisinin təşkilatçılığı ilə ölkəmizdə səfərdə olan Türkiyə iş adamlarının azərbaycanlı həmkarları ilə biznes görüşləri keçirilib.
Türkiyənin 2 nəhəng holdinqi - AZƏRBAYCANA PUL YATIRACAQ – NAZİRLƏ GÖRÜŞ
FED.az xəbər verir ki,Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə təşkil olunan tədbirdə Türkiyə İxracatçılar Məclisinin vitse-prezidenti Ahmet Fikret Kileci, KOBİA-nın İdarə Heyəti sədrinin müavini Hikmət Məmmədov, Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcı qarşılıqlı iqtisadi əlaqələr, işgüzar dairələr arasında əməkdaşlığın daha da genişləndirilməsi imkanları barədə fikirlərini bölüşüblər.
Hər iki ölkədən xidmət, qida, avtomobil sənayesi, İKT, kimya, qara və əlvan metallurgiya və s. sektorlarda fəaliyyət göstərən 200-ə yaxın iş adamının iştirak etdiyi görüşdə investisiya qoyuluşu imkanları, KOB-lar arasında sıx əlaqələrin qurulması və digər maraq doğuran məsələlər müzakirə edilib.
Tədbir çərçivəsində, həmçinin, ölkəmizdə mövcud əlverişli investisiya mühiti, sərmayə qoyuluşu və ixrac potensialı barədə məlumat verilib, iş adamları arasında B2B və sahəvi görüşlər keçirilib.

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Dövlət şirkətinin əmlak satışlarının müsabiqə vaxtı uzadıldı
ING: Azərbaycan Mərkəzi Bankı 2027-ci ildə uçot dərəcəsini sabit saxlayacaq
Biznes planı necə yazmaq lazımdır?
Biznes qurmaq üçün nə lazımdır?
Hazır bizneslərdə ən çox edilən 5 səhv
Kriptovalyuta nədir və necə alınır?
Françayzinq nədir və necə olur?