Azərbaycana gətirilən plastmas şprislər və tibbi maskalar üçün materiallara güzəşt müddəti artırıldı

Azərbaycana gətirilən plastmas şprislər və tibbi maskalar üçün materiallara güzəşt müddəti artırıldıNazirlər Kabineti "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri"ndə edilən dəyişikliyə görə, bəzi mal qruplarında idxal gömrük rüsumları ilə bağlı bəzi güzəştlərin müddəti uzadılıb.
KONKRET.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Ölkəyə idxal olunan metal səthlərinin aşındırılması üçün preparatlar; aşağı temperaturlu lehimləmə, yuxarı temperaturlu lehimləmə və ya qaynaq üçün metaldan və digər materiallardan ibarət olan tozlar və pastalar, poladlardan məftil ( silisiummanqanlı poladdan) 2027-ci ilin sentyabrın 30-dək gömrük rüsumundan azad edilir. Hazırda 5 %-lik rüsum tətbiq olunur.
Tibbi (cərrahiyyə əməliyyatı və ya prosedur üçün) maskaların istehsalı üçün istifadə olunan opdurulmuş və ya hopdurulmamış, örtüklü və ya örtüksüz, təkrarlanmış və ya təkrarlanmamış, toxunmamış materialların, tibbi (cərrahiyyə əməliyyatı və ya prosedur üçün) maskaların və tibbi (cərrahiyyə əməliyyatı və ya prosedur üçün) respiratorların idxalına tətbiq olunan güzəşt müddəti 2022-ci ilin dekabrın 31-dən 2024-cü ilin dekabrın 31-dək uzadılır.
2024-cü ilin dekabrın 31-dək insulin üçün nəzərdə tutulan və həcmi 1 millilitr və ya daha az olan iynəli və ya iynəsiz şprislərin idxalı gömrük rüsumundan azad edilir, həcmi 2 millilitr və ya daha az olan iynəli və ya iynəsiz şprislərin idxal üçün 0,02 ABŞ dolları (1 ədədi üçün), həcmi 2 millilitrdən çox, lakin 5 millilitrdən çox olmayan üçün – 0,025 ABŞ dolları, həcmi 5 millilitrdən çox, lakin 10 millilitrdən çox olmayan üçün 0,03 ABŞ dolları, həcmi 10 millilitrdən çox, lakin 20 millilitrdən çox olmayan və digərləri üçün – 0,04 ABŞ dolları gömrük rüsumu nəzərdə tutulub.
Qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir.

Xəbərlər     Tarix: 05 noyabr 2022

Oxşar xəbərlər

Bu tarixlərdə ardıcıl olaraq 4 gün İŞ OLMAYACAQ

Azərbaycanda noyabr ayında ardıcıl 4 gün qeyri-iş günü olacaq. xəbər verir ki, 8 Noyabr Zəfər Günü, 9 Noyabr isə Dövlət Bayrağı Günüdür. Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, 8 Noyabr baza

Taleh Kazımov: Kredit faizləri istədiyimiz qədər azalmır - SƏBƏBİ AÇIQLANDI

Azərbaycanda kredit faizlərinin Mərkəzi Bankın arzuladığı səviyyədə aşağı düşməməsinin əsas səbəblərindən biri bank sektorunda rəqabətin zəif olmasıdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

Bu şəxslərin pensiyası yenidən artacaq

"2026-cı ildə pensiyaların əlavə olaraq artırılması pensiya yaşına çatdıqdan sonra əmək fəaliyyətini davam etdirən və bu il iş stajının altı ili tamam olan vətəndaşlara şamil ediləcək". Bunu Milli Məclisin İqtisad

Toyuq əti istehsalında kəskin artım - Necə olacaq?

Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının məlumatı: . Azərbaycan quş qripindən azad ölkə statusunda: Quşçuluq sektoru bundan nə qazanır?. Son illərdə Azərbaycanın qeyri-neft sektorunda davaml

Azərbaycanda bəzi məhsullar dövriyyədən çıxarılacaq - YENİ QAYDALAR

Texniki tənzimləməyə aid olan hər hansı malın insan üçün təhlükə yaratdığı müəyyən edilərsə, həmin məhsulun bazarda qalmasına icazə verilməyəcək. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye v

"Azəridad" toyuq kolbasasında tük tapıldı - MÜƏSSİSƏ BAĞLANDI

Mediada "Azəridad" əmtəə nişanlı toyuq kolbasasında toyuq tükünün aşkar olunması ilə bağlı yayılan məlumat əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxano

Zərgərlik sahəsində yeni qaydalar - İlk dövlət standartı müzakirə edildi

"Qiymətli metallar və qiymətli daşlar" standartlaşdırma üzrə Texniki Komitənin növbəti iclası baş tutub. İclas çərçivəsində qiymətli metallar, qiymətli daşlar və zərgərlik məmulatları sahəsində standartlaşdırm

Azərbaycana gətirilən telefonlar üçün 100 manat rüsum alınacaq

Mobil telefonlar aksiz dərəcəsinə cəlb olunacaq. xəbər verir ki, fiziki şəxslərin şəxsi istifadəsi üçün ölkəyə gətirilən 1 ədəddən artıq mobil cihazın qeydiyyatı üçün 100 manat dövlət rüsumu alınacaq. Bu, Milli Məclisin b

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında "Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin 1 barelinin qiyməti 0.07 ABŞ dolları və ya 0.07% azalaraq 95.5 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizi


iqtisadi xeberler dollarin kursu bu gun internetden pul qazanmaq bu gunun xeberleri avtomobil xeberleri