Azərbaycanda 330 IMEI koduna "klon" statusu verilib

Azərbaycanda 330 IMEI koduna Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus "AzInTelecom" MMC ölkəyə gətirilən mobil cihazların surəti köçürülmüş IMEI kodlarının qeydiyyatdan keçirilməsinə qarşı intensiv mübarizə tədbirləri çərçivəsində bu günə qədər 330 IMEI koduna "klon" statusu verib.
Banker.az bu barədə nazirliyə istinadən xəbər verir.
Məlumata görə, şirkətin Mobil cihazların qeydiyyatı şöbəsi mütəmadi olaraq monitorinq edərək surətinin köçürülməsi şübhəsi olan IMEI kodları üzrə ətraflı araşdırma aparır. Nəticədə, surətinin köçürüldüyü aşkarlanan IMEI koduna "klon" statusu verilərək istifadəsi məhdudlaşdırılır. Həmin IMEI kodunun köçürüldüyü cihazlar yalnız üzərində olan nömrələrlə telekommunikasiya şəbəkəsindən istifadəyə davam edir. Həmin IMEI kodları son üç ayda 153 464 ədəd mobil nömrəyə aid abunəçi kimliyi ilə şəbəkədə görünüb.
Hazırda surətinin köçürülməsi şübhəsi olan IMEI kodları ilə bağlı monitorinq davam etdirilir. Son üç ay ərzində 50 mindən çox mobil nömrəyə aid abunəçi kimliyi ilə şəbəkədə görünən bir neçə IMEI kodu ilə bağlı araşdırma aparılıb.
Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənmiş "Mobil cihazların qeydiyyatının aparılması Qaydası"na əsasən, xaricdən gətirilən mobil telefonlar ölkə telekommunikasiya şəbəkəsində istifadə olunması üçün 30 gün ərzində qeydiyyatdan keçirilməlidir. Bu zaman cihazın satış qiymətinə uyğun dövlət rüsumu ödənilməlidir. Bəzi dələduzlar isə dövlət rüsumunu ödəməmək üçün daha öncə qeydiyyatdan keçmiş telefonun IMEI kodunun surətini yeni telefonlara köçürürlər. Surəti köçürülmüş IMEI kodun məxsus olduğu cihazın sahibi isə bu prosesdən tamamilə məlumatsız olur və daha sonra müəyyən çətinliklərlə qarşılaşır.
Bu cür hallarla qarşılaşmamaq, aldadılmamaq üçün yeni alınan və ya hazırda istifadədə olan mobil telefonların IMEI kodunun surətinin köçürülməsi statusu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Vahid Elektron Xidmətlər Portalından məlumat əldə etmək olar. Bunun üçün telefonun ekranında *#06# yığaraq cihazın IMEI kodunu öyrənib, daha sonra portala daxil olaraq "IMEI yoxlama" xidmətinə keçid etmək lazımdır. Ekranda görünən xanaya IMEI kodunu daxil edib "Yoxla" düyməsinə klik edərək telefonun IMEI koduna "klon" statusu verilib-verilmədiyini öyrənmək olar. Əgər cihazın IMEI nömrəsi köçürülübsə, ekranda "Cihazın istifadəsi məhdudlaşdırılıb" mesajı təqdim ediləcək. Bu halda istifadəçilərə məsələnin həlli üçün "Azərpoçt" MMC-nin şöbələrinə müraciət etmək tövsiyə olunur.

Xəbərlər     Tarix: 27 oktyabr 2022

Oxşar xəbərlər

Azərbaycanda bəzi məhsullar dövriyyədən çıxarılacaq - YENİ QAYDALAR

Texniki tənzimləməyə aid olan hər hansı malın insan üçün təhlükə yaratdığı müəyyən edilərsə, həmin məhsulun bazarda qalmasına icazə verilməyəcək. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye v

Əczaçılıq məhsullarının idxalına çəkilən xərc azalıb

Azərbaycan 424,755 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib. xəbər verir ki, göstərici 2025-ci ilin yanvar-oktyabr aylarına məxsusdur. Dövlət Gömrük Komitəsinə istinadən verilən xəbərə görə, bu, 2024-c

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında "Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin 1 barelinin qiyməti 0.07 ABŞ dolları və ya 0.07% azalaraq 95.5 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizi

İstehsal sektoru çökür, xidmət sektoru dirçəlir

Almaniyanın özəl sektoru noyabr ayı üçün aşağı göstərici nümayiş etdirib. Şirkətlər həm biznes fəaliyyətində, həm də yeni sifarişlərdə daha yavaş artımlar olduğunu bildiriblər. xəbər verir ki, xidmət sektorunun fəaliyyə

Gömrük qaydalarında dəyişiklik: Baş nazirdən yeni qərar

"Verildiyi, dayandırıldığı, bərpa və ya ləğv edildiyi barədə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə məlumat göndərilməli olan lisenziyaların və icazələrin Siyahısı"nda dəyişiklik olunub. xəbər veri

Bu şəxslərin pensiyası yenidən artacaq

"2026-cı ildə pensiyaların əlavə olaraq artırılması pensiya yaşına çatdıqdan sonra əmək fəaliyyətini davam etdirən və bu il iş stajının altı ili tamam olan vətəndaşlara şamil ediləcək". Bunu Milli Məclisin İqtisad

Zərgərlik sahəsində yeni qaydalar - İlk dövlət standartı müzakirə edildi

"Qiymətli metallar və qiymətli daşlar" standartlaşdırma üzrə Texniki Komitənin növbəti iclası baş tutub. İclas çərçivəsində qiymətli metallar, qiymətli daşlar və zərgərlik məmulatları sahəsində standartlaşdırm

"Vita Milk" MMC-nin Rusiyadan gətiridiyi yağlarda uyğunsuzluq aşkarlandı - GERİ QAYTARILDI

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) apardığı nəzarət tədbirləri zamanı "Vita Milk" MMC tərəfindən idxal olunan bitki tərkibli spred yağı məhsulundan nümunələr götürülərək müayinə edilib. xəbər verir ki, bu barəd

Müəssisələr vəsaitlərini qanundankənar xərcləyə bilər - Yeni təklif

"Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON Holding) müəssisələrinə öz vəsaitlərini dövlət satınalmalarından kənar xərcləmək hüququ verilə bilər". Azərbaycanda 7 ayda haqsız rəqabətlə bağlı 37 subyekti


iqtisadi xeberler dollar mezenne bitkoin qiymeti biznes krediti pul qazanmaq