Azərbaycanda Ani Ödəniş Sistemi ilə əməliyyatların sayı 4 dəfə artıb
Bu ilin I yarısında Azərbaycanda Ani Ödəniş Sistemi (AÖS) ilə ümumi dəyəri 225 milyon manat olan 133 min ədəd əməliyyat aparılıb.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının yarım illik "Rəqəmsal Ödənişlər İcmalı"nda bildirilir.
Sənədə əsasən, bunlar ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 2,3 dəfə və 3,6 dəfə çoxdur.
Bundan başqa, yanvar-iyun aylarında AÖS platformasında yaradılmış "QR kod" vasitәsilә ümumu dəyəri 5,8 min manat olan 1,7 min ödəniş həyata keçirilib. Bu üsulun üstünlüklәri ödәnişlәrin birbaşa bank hesabları üzәrindәn, kartdan istifadə edilmədən mobil qurğular vasitəsilə aparılmasıdır.
Xatırladaq ki, AÖS-ə 21 bank, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus "Azərpoçt" MMC, Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi inteqrasiya olunub.
Gələn il üzrə icmal büdcənin kəsir limiti müəyyənləşib
2027-ci ildə Azərbaycanın icmal büdcəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) gəlirləri nəzərə alınmadan kəsirinin yuxarı həddinin 16 milyard 74 milyon 122,9 min manat olması nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz ®
İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, 17–21 avqust həftəsində qlobal maliyyə bazarlarının əsas istiqamətveric
Azərbaycan biznesi Afrikaya gedir – Qeydiyyat başladı
() Africa–Azerbaijan Cooperation (AFAZ) 21–23 oktyabr 2026-cı il tarixlərində Keniyanın Nayrobi şəhərində keçiriləcək BIG 5 Construct Kenya 2026 beynəlxalq tikinti və inşaat sərgisində Azərbaycan Pavilyonunun təşkilini həyat
FED faiz qərarını açıqladı
Federal Ehtiyat Sistemi (FED, ABŞ Mərkəzi Bankı) əsas faiz dərəcəsi ilə bağlı qərarını açıqlayıb. xəbər verir ki, Mərkəzi bankın rəsmiləri baza faiz dərəcəsini 3,5%–3,75% diapazonunda saxlamaq qərarına gəliblər. FED 2025-c