Azərbaycanda "ApplePay" ilə ödәnişlәrin hәcmi 400 milyon manata yaxın olub

Azərbaycanda 2022-ci ilin 9 ayı ərzində "ApplePay" ödәniş hәlli vasitәsilә aparılan ödәnişlәrin sayı 13 milyon olub, hәcmi isә 390 milyon manat təşkil edib. Bu ilin sentyabr ayındakı "ApplePay" ödәnişlərinin sayı və həcmi yanvar ayının analoji göstəricilərini müvafiq olaraq 3 və 2,8 dəfə üstələyib.
Bunu Azərbaycan Mərkəzi Bankının Ödəniş sistemləri və hesablaşmalar departamentinin direktoru Kəmalə Qurbanova "vergiler.az"a müsahibəsində deyib.
Onun sözlərinə görə, ödəniş kartları ilə aparılan ölkədaxili nağdsız əməliyyatların həcmi bu ilin 9 ayında ötən ilin müvafiq dövrünə nəzərən 2,2 dəfə, o cümlədən elektron ticarət əməliyyatlarının həcmi 2,7 dəfə artıb. Ödəniş kartları ilə aparılan əməliyyatlarda nağdsız dövriyyənin xüsusi çəkisi 12 faiz bəndi artaraq 42% olub. Bu göstərici 2020-ci ildə 23%, 2021-ci ildə isə 32% idi. Təmassız əməliyyatların say və həcm göstəricilərində də yüksək artım tempi müşahidə olunur. Ölkədaxili təmassız ödənişlərin sayı və həcmi 2021-ci ilin analoji dövr göstəricilərini 2,1 dəfə üstələyib.
Nağdsız ödənişlərin inkişafına mane olan problemləri aradan qaldırmaq, yaşayış yerindən asılı olmayaraq ölkəmizin istənilən ərazisində əhali və biznes subyektlərinin ucuz və əlverişli maliyyə xidmətlərindən istifadə imkanını artırmaq və rəqəmsal ödəniş xidmətlərinin əhatəsini genişləndirmək məqsədilə "Azərbaycan Respublikası Mərkəzi Bankının 2021-2023-cü illər üçün Rəqəmsal Ödəniş Strategiyası" hazırlanıb. Direktor qeyd edib ki, hədəf ödəniş kartları ilə aparılan nağdsız dövriyyənin nisbətini ən qısa müddətdə 55%-ə çatdırmaqdır. / banker.az

Xəbərlər     Tarix: 27 oktyabr 2022

Oxşar xəbərlər

Azərbaycanda bəzi məhsullar dövriyyədən çıxarılacaq - YENİ QAYDALAR

Texniki tənzimləməyə aid olan hər hansı malın insan üçün təhlükə yaratdığı müəyyən edilərsə, həmin məhsulun bazarda qalmasına icazə verilməyəcək. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye v

Əczaçılıq məhsullarının idxalına çəkilən xərc azalıb

Azərbaycan 424,755 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib. xəbər verir ki, göstərici 2025-ci ilin yanvar-oktyabr aylarına məxsusdur. Dövlət Gömrük Komitəsinə istinadən verilən xəbərə görə, bu, 2024-c

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında "Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin 1 barelinin qiyməti 0.07 ABŞ dolları və ya 0.07% azalaraq 95.5 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizi

İstehsal sektoru çökür, xidmət sektoru dirçəlir

Almaniyanın özəl sektoru noyabr ayı üçün aşağı göstərici nümayiş etdirib. Şirkətlər həm biznes fəaliyyətində, həm də yeni sifarişlərdə daha yavaş artımlar olduğunu bildiriblər. xəbər verir ki, xidmət sektorunun fəaliyyə

Gömrük qaydalarında dəyişiklik: Baş nazirdən yeni qərar

"Verildiyi, dayandırıldığı, bərpa və ya ləğv edildiyi barədə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə məlumat göndərilməli olan lisenziyaların və icazələrin Siyahısı"nda dəyişiklik olunub. xəbər veri

Bu şəxslərin pensiyası yenidən artacaq

"2026-cı ildə pensiyaların əlavə olaraq artırılması pensiya yaşına çatdıqdan sonra əmək fəaliyyətini davam etdirən və bu il iş stajının altı ili tamam olan vətəndaşlara şamil ediləcək". Bunu Milli Məclisin İqtisad

Zərgərlik sahəsində yeni qaydalar - İlk dövlət standartı müzakirə edildi

"Qiymətli metallar və qiymətli daşlar" standartlaşdırma üzrə Texniki Komitənin növbəti iclası baş tutub. İclas çərçivəsində qiymətli metallar, qiymətli daşlar və zərgərlik məmulatları sahəsində standartlaşdırm

"Vita Milk" MMC-nin Rusiyadan gətiridiyi yağlarda uyğunsuzluq aşkarlandı - GERİ QAYTARILDI

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) apardığı nəzarət tədbirləri zamanı "Vita Milk" MMC tərəfindən idxal olunan bitki tərkibli spred yağı məhsulundan nümunələr götürülərək müayinə edilib. xəbər verir ki, bu barəd

Müəssisələr vəsaitlərini qanundankənar xərcləyə bilər - Yeni təklif

"Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON Holding) müəssisələrinə öz vəsaitlərini dövlət satınalmalarından kənar xərcləmək hüququ verilə bilər". Azərbaycanda 7 ayda haqsız rəqabətlə bağlı 37 subyekti


iqtisadi xeberler dollar mezenne bitkoin qiymeti biznes krediti pul qazanmaq